close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Kərəcdə içki satan 4 nəfərə edam hökmü verilib

İyun 19, 2024
IranWire
1 dəqiqədə oxunur
Kərəcdə içki satan 4 nəfərə edam hökmü verilib
Kərəcdə içki satan 4 nəfərə edam hökmü verilib

Əlborz əyalətinin baş hakimi Hüseyn Fazeli Hərikandi ölümcül spirtli içki satan dörd təqsirləndirilən şəxsə edam hökmü verildiyini açıqlayıb.

Əlborz əyalətinin ədliyyə başçısının dediyinə görə, bu hökmün verilməsi 2024-cü ilin iyununda İslamabad və Kərəc şəhərinin 80-dən çox vətəndaşın saxta spirtli içkilər qəbul etdiyinə görə ağır zəhərləndiyi hadisə ilə bağlıdır ki, onlardan 17-si ölüb.

Tasnim-in məlumatına görə, Hüseyn Fazeli Hərikandi son bir ildə bu işin məhkəmə təqibinə toxunaraq deyib: “17 nəfər ölümünə, 191 nəfərin zəhərləndiyinə səbəb olan alkoqoldan zəhərlənmə işi üzrə 11 nəfər həbs edilib, 4 təqsirləndirilən şəxs barəsində də edəm hökmü çıxarılıb”.

Onun sözlərinə görə, cinayəti sübuta yetirildiyi üçün daha 7 nəfər barəsində müxtəlif cəzalar, o cümlədən həbs cəzası verilib.

O, Ali Məhkəmənin edam hökmünə məhkum edilmiş şəxslərlə bağlı işin eyni şöbəyə göndərildiyini vurğulayıb.

Qeyd edək ki, İranda alkoqollu içkilərin alqı-satqısına qoyulan qadağa və bununla bağlı sərt qanunlar səbəbindən standart içkilərə əl çatmaq mümkün olmur, bəzi hallarda isə vətəndaşlar qeyri-standart ələ keçirərək ölürlər və ya geri dönməz fiziki ağırlaşmalara məruz qalırlar.

İranın Ədli Tibb Təşkilatının Rəisi bundan öncə 2022-ci ildə İranda 644 nəfərin spirtli içkidən zəhərlənərək öldüyünü açıqlamışdı.

Parlamentin sağlamlıq və müalicə komissiyasının üzvü Humayun Sameyəh Nəəfabadi daha öncə spirtli içkilərdən zəhərlənmə ilə bağlı demişdi ki, İranda spirtli içkilərin qeyri-qanuni olsa belə, insanların ölümünə səbəb olmayan şərtlər olmalıdır.

İranın Hüquqi və cəza qanunlarına görə, spirtli içkilərin qismən və ya tamamilə alqı-satqısı cinayətdir və spirtli içkilərin alqı-satqısı cinayətinin cəzası altı aydan bir ilə qədər həbs, 74 şallaq zərbəsi və cərimədir.

Şərhlər

Dini Azlıqlar

Əhvaz İnqilab Məhkəməsi tərəfindən xristianlığı qəbul edən yeddi nəfər üçün ağır həbs verilib

İyun 19, 2024
1 dəqiqədə oxunur
Əhvaz İnqilab Məhkəməsi tərəfindən xristianlığı qəbul edən yeddi nəfər üçün ağır həbs verilib