close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Məşhəddə Cəlilinin seçki qərargahını yandırmaqda ittiham olunan vətəndaş həbs edilib

İyun 21, 2024
Məşhəddə Cəlilinin seçki qərargahını yandırmaqda ittiham olunan vətəndaş həbs edilib

Cümə günü, iyulun 21-də Məşhəd fərmandarı prezidentlik namizədi Səid Cəlilinin seçki qərargahına molotov kokteyli atan vətəndaşın həbs edildiyini açıqlayıb.

Dünən sosial şəbəkələrdə müşahidə kamerasından bir nəfərin Məşhəddəki Səid Cəlili qərargahının girişinə yandırıcı əşya ataraq, sonra qaçdığı video yayılıb.

Məşhəd fərmandarı Möhsün Davari bildirib ki, hadisə nəticəsində heç kim xəsarət almayıb və yandırıcı maddə atan şəxs dərhal polis tərəfindən həbs edilib.

Məşhəd fərmandarı bu şəxsin kimliyi və bu hərəkəti etməsinin səbəbi barədə açıqlama verməyib.

Səid Cəlilinin Rəzəvi Xorasandakı qərargahının koordinatoru Mustafa Bağırzadə daha öncə IRNA-ya verdiyi açıqlamada deyib: Doktor Cəlilinin Məşhəddəki qərargahı cümə axşamı saat 18:00 radələrində yandırıcı cisimlə hücuma məruz qalıb, lakin heç kim xəsarət almayıb.

Şərhlər

Xəbərlər

Birləşmiş Millətlər Təşkilatı 2023-cü ildə İranda edamların sayının yüzdə 43 artdığını bildirib

İyun 21, 2024
1 dəqiqədə oxunur
Birləşmiş Millətlər Təşkilatı 2023-cü ildə İranda edamların sayının yüzdə 43 artdığını bildirib