close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Şəbistər İnqilab Məhkəməsinin hökmü ilə Mürtəza Nurməhəmmədi Nadarlı 3 ay 1 gün həbsə məhkum edilib

İyun 27, 2024
1 dəqiqədə oxunur
Şəbistər İnqilab Məhkəməsinin hökmü ilə Mürtəza Nurməhəmmədi Nadarlı 3 ay 1 gün həbsə məhkum edilib

İranwir-ə çatan xəbərə görə, Türk mədəni fəal Mürtəza Nurməhəmmədi Nadarlı Şəbistər İnqilab Məhkəməsi tərəfindən 3 ay 1 gün müddətinə azadlıqdan məhrum edilib.

Şəbistər şəhərinin İnqilab Məhkəməsinin hakimi cənab Fətahi bu azərbaycanlı mədəni fəalın və Doğu Azərbaycan İnsan Haqları Komissiyasının üzvü, azərbaycanlı hüquqşünas cənab Əsgər Məhəmmədinin müdafiəsini rəd edərək bu fəalı, "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı ilə 3 ay 1 gün həbs cəzasına məhkum etdi.

Ayrıca işin hakimi cənab Nurməhəmmədinin “müxalifət qruplarına üzv olmaq” və “rəhbərliyi təhqir etmək” başlıqları altında irəli sürülən başqa ittihamlarla bağlı sənədləri yetərsiz hesab edərək, bu iki ittiham üzrə bəraət hökmü çıxarıb.

Bu mədəni fəal sentyabrın 9-u səhər saatlarında Sofyan şəhərində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq,  Təbrizin təhlükəsizlik təcridxanasına köçürülüb.

Qeyd edək ki, cənab Nurməhəmmədi  bir müddət öncə qızına türkcə "Hunay" adı seçdiyi üçün qızına kimlik vəsiqəsi verilmədiyi barədə sosial mediada paylaşımlar edib.

O, paylaşımında bildirmişdi ki, Sofyan şəhərinin Qeydiyyat İdarəsi  Hunay adının İran adları siyahısında olmadığı üçün yabancı ad hesab edildiyini və bu adla sənəd tərtib etməyin mümkün olmadığını deyib.

Şərhlər

Xəbərlər

Səudiyyə hökuməti Həcc mərasimində iştirak edən iranlıların səsverməsinə qarşı çıxıb

İyun 26, 2024
ایران‌وایر
1 dəqiqədə oxunur
Səudiyyə hökuməti Həcc mərasimində iştirak edən iranlıların səsverməsinə qarşı çıxıb