close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

12 əyalətdə daşqınlar 5 nəfərin həyatına son qoyub

İyun 27, 2024
IranWire
1 dəqiqədə oxunur
12 əyalətdə daşqınlar 5 nəfərin həyatına son qoyub
12 əyalətdə daşqınlar 5 nəfərin həyatına son qoyub

Xilasetmə və yardım təşkilatının rəhbəri Babək Mahmudi 12 əyalətdə daşqınların baş verdiyini, nəticədə 5 nəfərin həyatını itirdiyini, 2 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

Mehrin yazdığına görə, xilasetmə təşkilatının rəhbəri son bir həftədə daşqın əməliyyatına toxunaraq dedi: Qızıl Aypara xilasediciləri Doğu Azərbaycan, Batı Azərbaycan, Ərdəbil, Tehran, Rəzəvi Xorasan, Quzey Xorasan, Zəncan, Simnan, Qəzvin, Gülüstan, Gilan və Mazandaran da daxil olmaqla, zərər çəkmiş 12 əyalətə yardım edib.

O, 54 nəfərin sel, 1 nəfərin isə ildırım vurması nəticəsində öldüyünü, 2 nəfərin itkin düşdüyünü bildirib.

Mahmudi, yardım əməliyyatlarında 1070 nəfərə yardım edildiyini, 309 nəfərə təcili yaşayış yeri verildiyini, 215 nəfərin isə təhlükəsiz bölgələrə köçürüldüyünü vurğulayıb.

O, həmçinin əlavə edib: 156 yaşayış məntəqəsinin sudan çıxarılması əməliyyatında 152 xilasetmə qrupu, o cümlədən 549 xilasedici iştirak edib.

Bundan öncəəö Meteorologiya Təşkilatı ölkənin müxtəlif bölgələrində güclü külək, leysan yağış, şimşək çaxacağı, toz və dolu ilə müşayiət olunan tufanların baş verəcəyi ilə bağlı narıncı və sarı xəbərdarlıqlar etmişdi.

Bu xəbərdarlıqda axar suların axması, kanalların daşması, mövsümi çayların daşması və müvəqqəti tikililərə və kənd təsərrüfatı məhsullarına ziyan dəyməsi ehtimalı barədə məlumat verilib.

Şərhlər

Xəbərlər

Şəbistər İnqilab Məhkəməsinin hökmü ilə Mürtəza Nurməhəmmədi Nadarlı 3 ay 1 gün həbsə məhkum edilib

İyun 27, 2024
1 dəqiqədə oxunur
Şəbistər İnqilab Məhkəməsinin hökmü ilə Mürtəza Nurməhəmmədi Nadarlı 3 ay 1 gün həbsə məhkum edilib