close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İranda prezident seçkisi ikinci tura qaldı

İyun 29, 2024
1 dəqiqədə oxunur
İranda prezident seçkisi ikinci tura qaldı

İranda cümə günü keçirilən prezident seçkisində yarışan dörd namizəddən heç biri səslərin 50 faizini toplaya bilməyib. 

İlkin rəsmi nəticələrə görə, islahatçı qanadın yeganə namizədi, Məsud Pezeşkian 10 milyondan çox səslə irəlidədir.

Ölkənin seçkilər üzrə rəsmi qurumunun məlumatında görə, liderin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili 9 milyondan çox səslə ikinci gəlir.

482 şəhərdə cəmi 58 min 640 şöbə sayıldı və 24 milyon 535 min 185 səs toplandı.

 Məsud Pezeşkian: 10 milyon 415 min 991 səs

 Səid Cəlili: 9 milyon 473 min 298 səs

Məhəmməd Bağır Qalibaf: 3,383,340 səs

Mustafa Purməhəmmədi: 206.397 səs

Etibarsız səslərin sayı təxminən bir milyon 56 min səsdir ki, bu da Mustafa Purməhəmmədi-nin səslərinin sayından təxminən 5 dəfə çoxdur. Həmçinin xalqın iştirak nisbəti İslam Respublikası tarixində xalqın seçkilərdə iştirakının ən aşağı göstəricisidir.

Şərhlər

Xəbərlər

Seçkilərdə iştirak etmək üçün Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşlara SMS göndərilib

İyun 28, 2024
Seçkilərdə iştirak etmək üçün Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşlara SMS göndərilib