close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.

İstifadə şərtləri

"Veb saytın İstifadə Şərtləri" sonuncu dəfə sentyabr 2023-cü ildə yenilənib.

Aşağıdakı şərtlər Iranwire.com ("Veb sayt") vebsaytımızdan necə istifadə etməyi göstərir.

Iranwire internet saytından istifadə etmədən öncə bu qaydanı diqqətlə oxuyun.

 

Haqqımızda və bizimlə əlaqə saxlamaq 

İngiltərə və Uelsdə 07355966 nömrəsi ilə qeydiyyatdan keçmiş Off-Centre Productions Limited şirkət, IranWire.com  saytında toplanan şəxsi məlumatlarınızın nəzarətçisidir.  Off-Centre Productions Limited şirkəti məlumatlanızın gizliliyini qorumaq və ona sayqı göstərməyi öhdələnib. Bu tənzimləmədə "biz", "web saytım", "şirkət" kimi terminlər Off-Centre Productions Limited şirkəti və IranWire.com saytini nəzdə tutmaq üçün istifadə olunur. 

Bizimlə əlaqə saxlamaq üçün "Bizimlə Əlaqə" səhifəsindən istifadə edin. Siz ayrıca [email protected] email ünvanı və ya aşağıdakı poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz:

Veb saytımızdan istifadə etməklə aşağıda qeyd olunan şərtlərlə razılaşırsınız

Veb saytımızdan istifadə etmədən öncə vebsaytın şərtlərini diqqətlə oxuyun; yalnız bu şərtləri qəbul edib onlara əməl edərək veb saytımızdan istifadə edin.  Yada bu şərtləri etməyə hazırsınızsa vebsaytımıza üzv olun.

İranwire üzv olmaq üçün 18 yaşından yuxarı olmalı və qanuni məsuliyyətlərinizi bilməlisiniz. Yaşını daha çox elan edən yeniyetmələrin üzvlüyü və bunun nəticələrilə bağlı İranwire məsuliyyət daşımır.

Aşağıdakı şərtlər sizə də şamil olabilər. 

Bu şərtlər ayrıca aşağıdakılara da irca edəbilər və sizi də qabsaya bilər. 

Şəxsi məlumatlarınızı necə topladığımızı və istifadə etdiyimizi izah edən məxfilik siyasəti.

Veb saytımızda çərəzlərin istifadəsini və işləməsini müəyyən edən "çərəzlər" siyasəti.

Bu şərtlər və qaydalar dəyişə bilər

Zaman-zaman biz iranwire vebsaytının istifadə şərtlərini dəyişdiririk. Veb saytımızdan istifadə etmək istədiyiniz zaman bu şərtləri nəzərdən keçirin və yenilənmiş şərtləri qəbul etdiyinizdən əmin olun. Sizə kömək etmək üçün, son yeniləmənin tarixi sağ küncdəki İstifadə Şərtləri səhifəsinin yuxarısında verilmişdir. Bu dəyişikliklər əhəmiyyətli olduqda, mümkün qədər bildiriş verəcəyik. 

Saytda dəyişikliklər emal olunabilər 

Bəzi çaləşma şəkillərindəki dəyişikliklərin həyata keçirilməsi üçün və ya mövcud qanunlarda dəyişiklik olduqda saytımızı hərdən bir durdurabilərik yada yeniləyə bilərik.

Veb saytımız ictimaiyyət üçün pulsuzdur.

Veb saytımız və ya orada dərc olunan hər hansı materialın həmişə yayında qalacağına zəmanət vermirik. Biz ticari və praktik səbəblərə görə Vebsaytın hamısını və ya bir hissəsini dayandırabilərik, məhdudlaşdırıb və ya silə bilərik. Bu halda biz sizi bu dəyişikliklər barədə məlumatlandırmağa çalışacağıq.

Müqaviləmizi başqasına həvalə edə bilərik

Bu Müqavilənin müddəalarına əsaslanaraq biz öz hüquq və vəzifələrimizi başqa təşkilata ötürə bilərik. Bu halda, biz sizi yazılı şəkildə xəbərdar edəcəyik və bu iş muqavilədə qeyd olunan hüquqlarınızı pozmamasından əmin olacayıq. 

İstifadəçi məlumatlarınızı qorumalısınız

Veb saytımıza qoşulmaq üçün sizə istifadəçi adı və etibarlı Email ünvanı lazımdır. Bu Email ünvanı vasitəsilə sizə xəbər bülletenlərimizi və elanlarımızı sizə göndərəcəyik.

İstifadəçi məlumatlarınızı qorumaq üçün istifadəçi ID və parol seçməlisiniz. Biz parolunuzu qorumaq üçün əlimizdən gələni edirik və siz də onun qorunmasında məsuliyyət daşıyırsınız. Siz təhlükəsizlik prosedurlarımıza uyğun olaraq istifadəçi ID-nizi, parolunuzu və vebsaytımızla bağlı başqa məlumatlarınızı kimsə ilə paylaşmamalısınız.

Qaydalara əməl etmədiyiniz qənaətinə gəldiyimiz halda, seçdiyiniz və ya sizə təqdim etdiyimiz istifadəçi ID kodunuzu və ya parolunuzu ləğv etmək hüququmuzu özümüzdə saxlayırıq.

Başqa biri istifadəçi ID və parolunuzu öyrəndiyini düşünürsünüzsə və ya şübhələnirsinizsə, [email protected] ünvanından ən qısa zamanda bizimlə əlaqə saxlamalısınız.

Saytımızdakı materialdan necə istifadə edə bilərsiniz 

Veb saytımızda dərc olunan bütün məzmunların mülkiyyət hüquqlarına və ya lisenziyasına sahibik. Bu əsərlər müəllif hüquqları ilə bağlı beynəlxalq qanun və qaydalara tabedir. Bu vebsaytın bütün hüquqları müəllif hüquqları qaydalarına əsasən iranwire üçün qorunur.

Siz şəxsi istifadəniz üçün veb saytımızdakı materialın hamısını və ya bir hissəsini çap edəbilərsiz və ya endirəbilərsiz. Habelə vebsaytımızda dərc olunan məzmunu təşkilatınızdakı başqalarının diqqətinə çatdıra bilərsiniz.

Siz çap etdiyiniz və ya endirdiyiniz materialları heç bir şəkildə dəyişdirməməli və ya materiallarda olan şəkilləri, fotoşəkilləri, videoları və ya səsləri, qrafikləri və diaqramları ayrıca istifadə etməməlisiniz.

Adımız və mövqeyimiz (ayrıca vebsaytımızda müəllif və ya köşə yazarı kimi qeyd olunan hər kəs) həmişə qeyd edilməlidir (məzmun vebsaytın istifadəçiləri tərəfindən hazırlanmadığı və redaktə edilmədiyi halda).

Saytımızın məzmunundan icazəmiz olmadan ticari məqsədlər üçün istifadə edə bilməzsiniz.

Vebsaytdan istifadə şərtlərini pozaraq məzmunun hər hansı bir hissəsini çap etsəniz, köçürsəniz, endirsəniz və ya paylaşsanız, vebsaytımızdan istifadə hüququnuz dərhal ləğv ediləcək və çoxaltdığınız  məzmunları bizə qaytarmaq vəya yox etmək məcburiyyətində qalacaqsınız.

Vebsaytdan məlumat əldə etmək və ya toplamaq qadağandır

Veb saytımız haqqında və ya vebsaytımız vasitəsilə verilən xidmətlər haqqında internetdə məlumat və informasya axtarmamalısınız. Bu məlumatlardan istifadə etməməlisiniz.

Bu vebsaytdakı məlumatlara iktifa etməyin

Vebsaytımızın məzmunu yalnız ümumi məlumat üçün verilir. Onlara iktifa etməyin. Veb aytımızdakı məzmuna əsaslanaraq hər hansı bir iş başlamadan əvvəl peşəkar ekspertlərlə görüşün. 

Biz vebsaytımızdakı bütün məzmunun dəqiq, tam və aktual olduğunu nə iddia edirik, nə də zəmanət vermirik.

Vebsaytımıza və ya saytımızdan keçid vermək 

Üçüncü tərəf saytlarına və vebsaytımızda təqdim olunan başqa resurslara verilən keçidlər yalnız sizin məlumatınız üçündür və bizim tərəfimizdən heç bir şəkildə nə təsdiq olunur nə də bu keçidləri dəstəkləyirik. Biz istifadəçilərin keçidlər vasitəsilə daxil olduqları məzmunla ilgili məsuliyyət daşımırıq.

Qanuni və ədalətli şəkildə, reputasiyamıza xələl gətirməmək və ya sui-istifadə edilməmək şərti ilə ana səhifəmizə keçid verə bilərsiniz.

Şəxsi məlumatlarınızı necə istifadə edirik

Şəxsi məlumatlarınızdan necə istifadə etdiyimiz “Məxfilik Siyasəti”ndəki qaydalarda izah edilmiştir. 

Vebsayt istifadəçilərinin yazıları bizim tərəfimizdən təsdiqlənmir

Bu vebsaytda istifadəçilər tərəfindən şərh və bilgilərf dərc edilə bilər. Bu materiallar bizim tərəfimizdən nəzərdən keçirilməmiş və təsdiqlənməmişdir. Biz istifadəçilərin, müəlliflərin və redaktorların şəxsi fikirləri ilə bağlı məsuliyyət daşımırıq.

Saytımıza məzmun yükləmək

Vebsaytımıza məzmun yükləmək istədiyinizdə və ya veb saytımızdaki başqa istifadəçilərlə əlaqə saxlamaq istədiyinizdə, aşağıdaki "məzmun yaratma standartları"na riayət etməlisiniz:

Vebsaytımızdan istifadə etdiyiniz zaman məzmun standartlarımızı riayət edəcəyinizi təəhhüd etmiş olursunuz və biz, üzvlərimiz, filiallarımız, ana şirkətimiz və bizimlə baölantısı olan üçüncü şəxslərin  vebsaytdan istifadənizdən irəli gələn, qayadaların və şərtlərin pozulması səbəbindən gələn şikayətlər qarşısında məsuliyyət daşımayacağıq.

Vebsaytımıza yüklənmiş məzmun məxfi deyil və qeyri-eksklüzivdir. Yazılarınızın mənəvi mülkiyyəti və hüquqları sizinə aiddir və qorunur. Lakin siz bizə və vebsaytın başqa istifadəçilərinə bu məzmunlardan məhdud şəkildə istifadə etmək, məzmunu saxlamaq və çoxaltmaq, habelə üçüncü tərəflərə yaymaq üçün icazə verməlisiniz. Bu icazənin təfərrüatları, sizi və bizi əhatə edən hüquq və öhdəliklər aşağıda təsvir edilmişdir.

Ayrıca vebsaytımıza yerləşdirdiyiniz və ya yüklədiyiniz materiallar başqalarının mülkiyyət hüquqlarını və ya məxfiliyini pozsa vəya belə biriddia olsa kimliyinizi üçüncü tərəfə tərəfə açıqlamaq hüququmuz vardır. 

Məzmununuzdan istifadə etmək üçün bizə verdiyiniz ixtiyarlar 

Vebsaytımıza məzmun yüklədiyiniz zaman və ya bizə yazı yolladığınız zaman aşağıdakı şərtlərə uyğun olaraq bizə ondan istifadə etməyə icazə verirsiniz:

  • Bu materialdan istifadə etmək, çoxaltmaq və yaymaq üçün dünya miqyasında, qeyri-eksklüziv, royaltisiz, ötürülə bilən lisenziya. Lazım gələrsə, biz onun məzmunların bəzi hissələrini başqa material və məzmunlar yaratmaq üçün istifadə edə bilərik və ondan vebsaytımızın təqdim etdiyi xidmətlərdə, o cümlədən mediada ə vebsaytımızı tanıtmaq üçün istifadə edə bilərik. Məzmununuzu vebsaytımızdan sildiyiniz zaman bu lisenziya ləğv edilir.
  • İstifadəçilərimiz, partnyorlarımız və reklamçılar biznes məqsədlərlə məzmununuzdan istifadə etmək, çoxaldmaq və yaymaq üçün dünya miqyasında, qeyri-eksklüziv, royaltisiz və ötürülə bilən lisenziya. Məzmununuzu vebsaytımızdan sildiyiniz zaman bu lisenziya ləğv edilir.

Vebsaytdan məqbul istifadə şərtləri

Aşağıdakı hallarda saytımızdan istifadə edə bilməzsiniz:

  • Yerli, milli və ya beynəlxalq qanun və ya qaydaları pozduğunuz hallarda. 
  • Qeyri-qanuni və saxtakarlıq olan işlərdə yada qeyri-qanuni və ya saxta məqsədləri və nəticələri olan hər hansı bir iş.
  • Uşaqları və yetkinlik yaşına çatmayanları əziyət edən, təcavüzünə səbəb olan və ya onlara zərər vermən hər hansı bir iş.
  • Şəxsləri təhdid etmək, təhqir etmək, alçaltmaq və ya qorxutmaq.
  • Aşağıda göstərilən məzmun istehsalı standartlarımıza uyğun gəlməyən hər hansı materialı bilərək yerləşdirmək, qəbul etmək, yükləmək, istifadə etmək və ya yenidən istifadə etmək.
  • Sifariş veriləyən və ya icazəsiz reklam və ya bir tanıtım materialını və bu cür mesajların hər hansı başqa formasını (spam daxil olmaqla) ötürmək və ya ötürməyə cəhd etmək.
  • Bilicli bir şəkildə virus, zərərli proqramlar, troyan atları, kompüter qurdları, saat bombası proqramı, keyloggerlər, casusluq proqramları, reklam proqramları və ya proqram təminatının fəaliyyətini məhv etmək və zəiflətmək üçün istifadə edilən oxşar proqram və materialları göndərmək və ya yükləmək.
  • Uşaqların istismarı və onlardan mənfəət əldə edilməsi və ya cinsi istismarını əhatə edən bütün işlər. 
  • Terroru dəstəkləyən materiallar və məzmunların yüklənməsi. 

Məzmun yaratma standartları

Vebsaytımız bilik və məlumatları paylaşmaq və yeni şeylər öyrənmək üçün bir yerdir. Bəyənmədiyiniz və ya zövqünüzə zidd olan şeylərə dözümlü olmağınızı xahiş edirik.

Siz bu qaydalar çərçivəsində öz fikrinizi ifadə etməkdə və başqalarının fikirlərindən, baxışlarından və zövqlərindən öyrənməkdə azadsınız. Başqalarının hüquqlarına hörmət edərək öz hüquqlarınıza da hörmət edin.

Biz kiçik bir vətəndaş və virtual cəmiyyət olaraq tolerantlığa, qanunlara tabe olmağa, azad düşüncəyə və başqalarının hüquqlarına hörmət etməyə sadiqik və istifadəçilərimizdən də bunu gözləyirik. Vebsaytımıza abunə olmaqla siz aşağıdakılarla razılaşırsınız:

  • Biz müzakirələri, mübadilələri və fikir toqquşmasını alqışlayırıq, lakin biz vebsaytımızın istifadəçilərinə, yazıçılarına və redaktorlarına, nə də üçüncü tərəflərə qarşı şəxsi hücumlara dözmərik.
  • Saytda dərc olunan yazı və yazıların tənqidini alqışlayırıq, lakin səslənən fikirlərin təhrif edilməsinə, hücuma və yanlış şərhə yol vermirik.
  • Müzakirə olunan mövzu çərçivəsində fikir və mülahizələr irəli sürülməli və bildirilməlidir.
  • Başa düşürük ki, bəzən istifadəçilər arasında və istifadəçilərlə saytın müəllifləri və redaktorları arasında ciddi müzakirələr ola bilər, lakin bu mübadilələrdə təhqir və hörmətsizlik olmamalıdır.
  • Fikrinizin səhv başa düşülməsi və ya yanlış şərh edilməsi ehtimalı həmişə var. Buna görə də başqalarını təhqir etmədən və təkəbbür göstərmədən aydın cümlələr işlətməyə çalışın.
  • İrqçilik, etnik ayrıseçkilik, cinsiyyətçilik, homofobiya və ya şifahi zorakılığın digər formalarına vebsaytımızda yer yoxdur və bu cür fikirləri ehtiva etdiyinə inandığımız yazılar və şərhlər silinəcəkdir.
  • Biz insanların məxfiliyinə çox ciddi yanaşırıq və insanların məxfiliyini pozan məzmunları silmək hüququna malikik. 
  • Sizin qeyri-qanuni məzmunu, eləcə də kommersiya və ya şəxsi reklamları ehtiva edən məzmunu dərc etmək hüququnuz yoxdur.
  • İstifadəçilər vebsaytın məzmunundan biznes məqsədləri üçün və eləcə də məlumat, maarifləndirmə və vətəndaş cəmiyyətinin inkişafına kömək məqsədi xaricində istifadə edə bilməzlər.
  • Mənbəyə istinadən Iranwire saytının müəllifləri və redaktorlarından sitat gətirməyə icazə verilir.
  • Veb saytımızdan istifadə edərkən, hər hansı bir hüquqi mübahisə yarandığı təqdirdə, məhkəmə çəkişmələrinin yalnız tərəflərin razılaşdığı yurisdiksiyada aparılacağı ilə razılaşırsınız. Biz ən rahat olduğumuz yerlərdə məhkəməyə qatılmaq və davam etdirmək hüququnu özümüzdə saxlayırıq.