close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Xamenei Amerikadakı Fələstin tərəfdarı öyrənciləri “müqavimət cəbhəsi” adlandırıb

May 30, 2024
1 dəqiqədə oxunur
May ayının 25 tarixli ancaq 30 mayda yayılan bu məktubda İslam Respublikasının lideri bu öyrəncilərə yazıb ki, “Hökumətinizin amansız təzyiqi altında... siz şərəfli mübarizəyə başlamısınız”.
May ayının 25 tarixli ancaq 30 mayda yayılan bu məktubda İslam Respublikasının lideri bu öyrəncilərə yazıb ki, “Hökumətinizin amansız təzyiqi altında... siz şərəfli mübarizəyə başlamısınız”.

İslam Respublikasının lideri Əli Xamenei Amerika universitetlərində Fələstin tərəfdarı olan öyrəncilərə ünvanladığı məktubda onları “müqavimət cəbhəsi”nin bir hissəsi adlandırıb və onların Fələstinə dəstəyini “önəmli və təsirli hadisə” hesab edib və deyib: “Batı Asiyanın həssas regionunu daha bir aqibət gözləyir”.

May ayının 25 tarixli ancaq 30 mayda yayılan bu məktubda İslam Respublikasının lideri bu öyrəncilərə yazıb ki, “Hökumətinizin amansız təzyiqi altında... siz şərəfli mübarizəyə başlamısınız”.

Əli Xamenei daha öncə 29 aprel günü bu etirazları alqışlayaraq çıxışında demişdi: Amerika universitetlərinin öyrənciləri vandallıq etmədilər, şüarlar səsləndirmədilər, heç kimi öldürmədilər, heç nə yandırmadılar, şüşə sındırmadılar, onlarla belə rəftar edirlər”.

Xameneinin öyrəncilərə qarşı “Amerika hökumətinin amansız təzyiqi”nə və ya “bu cür” adlandırdığı davranışa istinad etməsi, ABŞ-da öyrənci etirazları zamanı həbs olunan öyrəncilərin heç birinin 24 saatdan artıq həbsdə saxlanmaması, işgəncələrə məruz qalmaması və yaxud bu etirazlar zamanı öldürülmədilər.

Amma təkcə İbrahim Rəisinin üç illik prezidentliyi dövründə 725-dən çox öyrənci həbs olunub, 435 öyrənci təhsildən uzaqlaşdırılıb və ya ixrac edilib, 2843-dən çox öyrənci universitetlərin nizam-intizam komitələri tərəfindən cəzalandırılıb.

Bundan öncə İslam Respublikası etiraz edən amerikalı öyrəncilərin qəbulunu alqışlamışdı, halbuki öyrəncilərin qovulması və fəaliyyətinin dayandırılması ilə yanaşı, dövlət və yarı-dövlət universitetlərində yüzlərlə professor əməkdaşlığına son verilib.

Şərhlər

Xəbərlər

Amnesty İnternational: Dünyadakı edamların dörddə üçü İranda həyata keçirilir

May 29, 2024
1 dəqiqədə oxunur
Amnesty İnternational: Dünyadakı edamların dörddə üçü İranda həyata keçirilir