Türkiyənin Ağrı əyalətinin valisi Osman Varul Anadolu Xəbər Agentliyinə müsahibəsində deyib ki, İranla Ağrı və Iğdır sərhədində divarın tikintisi başa çatmaq üzrədir və Vandan güneyə doğru divar tikintisi sürətlə davam edir.
Ağrı valisi Türkiyə-İran sərhədində quraşdırılan divarların CCTV sistemləri, elektrik işıq qüllələri, həmçinin işıqlandırma sistemləri və gecəgörmə kameraları ilə təchiz olunduğunu açıqlayıb.
O əlavə edib ki, bu divarların quraşdırılması ilə eyni vaxtda 6 metr enində yol çəkilib və hazırda asfaltlama işləri aparılır. Bu plan Türkiyənin çox qatlı fiziki təhlükəsizlik sisteminin bir hissəsidir və bu, qeyri-qanuni girişlərin sayını əhəmiyyətli dərəcədə azaldır.
Son illərdə İranın quru sərhədindən qeyri-qanuni yollarla Türkiyəyə daxil olan sığınacaq axtaranların dalğası Türkiyə rəsmilərini İranla sərhəddə sədd çəkməyi düşünməyə vadar edib.
Ötən il Türkiyənin daxili işlər naziri Süleyman Soylu Ankaranın Gölbaşı rayonunda immiqrasiya nümayəndə heyətinin görüşündə demişdi ki, Türkiyə 2016-cı ildən bu yana doğu və güney sərhədləri boyunca 2 milyon 327 min insanın qeyri-qanuni girişinin qarşısını alıb.
2017-ci ildə Türkiyə doğusundaki Ağrı əyalətində sərhəd divarının tikintisinə başlayıb, daha sonra isə doğusundakı Van əyalətində ümumilikdə 159 km uzunluğunda divar tikilib. Türkiyə bu divara 242 km əlavə etmək niyyətindədir.
Şərhlər