close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Siyasət

İranın İraqdakı səfirliyinin vəkili və qanuni nümayəndəsinə sui-qəsd

Aprel 14, 2022
1 dəqiqədə oxunur
İranın İraqdakı səfirliyinin vəkili və qanuni nümayəndəsinə sui-qəsd

İranın Bağdaddakı səfirliyinin vəkili və qanuni nümayəndəsi dünən (çərşənbə günü) sui-qəsdə məruz qalsa da, bu terrordan sağ çıxıb.

İrna-nın məlumatına görə, İran İslam Respublikasının Bağdaddakı konsulu Abbas Əhmədi xəbəri təsdiqləyib və bildirib: "Dünən saat 12:50-də Kazemin şəhərindəki səfirliyin hüquqşünası və qanuni nümayəndəsi cənab "Əmcəd Məhəmməd Hüseyn Əl-Musəvi" silahlı şəxslər tərəfindən hücuma məruz qalıb və şükür ona heç bir zərər dəyməyib və hücum edənlər onun avtomobilinə zərər vurublar. O əlavə edib: "Bu hadisə İraqın qanuni kanalları vasitəsi ilə izlənilir".

Sui-qəsd İraqın xarici işlər nazirinin çərşənbə günü İran İslam Respublikasının rəsmiləri ilə danışıqlar aparmaq üçün Tehrana səfəri zamanı baş verib. Bu sui-qəsdin hansı şəxs və ya qrup tərəfindən baş verdiyi hələlik məlum deyil.

İslam Respublikasının İraqdakı siyasətləri son illərdə geniş şəkildə tənqid edilib və İraqın bir çox siyasətçiləri və əhalisi İslam Respublikasının İraqa müdaxiləsinə etiraz ediblər. Son illərdə İslam Respublikasının siyasətlərinə etiraz edənlər hətta bir neçə dəfə İslam Respublikasının İraqdakı ofislərinə də hücum ediblər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Doğu Azərbaycanda qasırğa 1 nəfərin ölümünə, 7 nəfərin yaralanmasına səbəb olub

Aprel 13, 2022
1 dəqiqədə oxunur
Doğu Azərbaycanda qasırğa 1 nəfərin ölümünə, 7 nəfərin yaralanmasına səbəb olub