close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Siyasət

İsrail prezidenti: İran və onun milisləri qlobal sabitliyi təhlükə altına qoyub

Yanvar 19, 2024
1 dəqiqədə oxunur
İsrail prezidenti Davos İqtisadi Konfransında xəbərdarlıq edib ki, İran İslam Respublikası və onun dəstəklədiyi milislər qlobal sabitliyi təhlükə altına alır.

Cümə axşamı, yanvarın 18-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Isaac Herzog İranın bölgədəki milislər və terror qruplaşmalarına dəstək rolu haqqında deyib: “Tehrandan çıxan və silaha milyardlarla dollar xərcləyən şər imperiyası var”.

İsrailin Qəzzada Həmas ekstremist qruplaşması ilə savaşına toxunan cənab Herzog İsrailin “azad dünya” uğrunda mübarizə apardığını vurğulayıb. O, ayrıca Yəməndə İranın dəstəklədiyi Husi milisləri ilə mübarizə aparan beynəlxalq koalisiyaya dəstək verib. ABŞ, Böyük Britaniya və başqa Vaşinqton müttəfiqləri Qırmızı dənizdəki ticarət gəmilərinə dəniz hücumlarını dayandırmaq məqsədilə husilərin hədəflərinə bir sıra zərbələr endiriblər.

Herzog deyib ki, əgər İsrail terrorla mübarizə üçün mövcud olmasaydı, növbə Avropaya çatacaqdı. Çünki bu vəhşi cihadçılar hamımızı bölgədən qovmaq istəyirlər.

İsrail prezidentinin sözlərinə görə, bölgədəki silahlıların növbəti hədəfi də ABŞ ola bilər. O əlavə edib ki, İran bir neçə gün öncə “ABŞ qüvvələrinə” hücum edib.

İsrail prezidenti bu həftənin başlarından İranın İK raketlərinin İraq və Suriyadakı hədəfləri vurmasına işarə edib. Məlumatlara görə, Ərbildə tikilməkdə olan ABŞ konsulluğu yaxınlığında bir neçə raket atılıb. Bu hücumda Amerika qüvvələri vurulmayıb.

ABŞ tərəfindən terror qruplaşması hesab edilən İnqilab Keşikçiləri, hədəfinin Mossad tərəfindən idarə olunan bir casusluq mərkəzi olduğunu iddia etdi.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Dezful İnqilab Məhkəməsində ərəb məhbus edam cəzasına məhkum edilib

Yanvar 18, 2024
1 dəqiqədə oxunur
Dezful İnqilab Məhkəməsində ərəb məhbus edam cəzasına məhkum edilib