close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Siyasət

Amerika İslam Respublikasının ələ keçirdiyi sursatları Ukraynaya göndərib

Aprel 10, 2024
1 dəqiqədə oxunur
Amerika İslam Respublikasının ələ keçirdiyi sursatları Ukraynaya göndərib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Yəmən husilərinə gedən yolda ələ keçirdiyi yüngül silah və sursatların ötən həftə Ukrayna hökumətinə təhvil verildiyini açıqlayıb.

Bu bəyanatda bildirilir ki, bu silah və sursatlar 2021-ci ilin mayından 2023-cü ilin fevralına qədər “vətəndaşlığı olmayan üzən gəmilərdən” götürülüb və İnqilab Keşikçilərinin Yəməndəki husi üsyançılarına göndərdiyi silahların bir hissəsidir.

Çərşənbə axşamı, aprelin 21-də yayımlanan bəyanatda Centcom yazıb:

“ABŞ hökuməti Ukrayna silahlı qüvvələrinə beş mindən çox AK-47S Kalaşnikov avtomatı, snayper tüfəngi, RPQ və 500 mindən çox 7,62 mm-lik güllə verib. Bu silahlar Ukraynaya Rusiya təcavüzündən müdafiə olunmağa kömək edəcək və bunun üçün briqadanı silahlandırmaq kifayətdir”.

Bundan əlavə, Centcom-un bəyanatında deyilir: “Bu silahlar 2023-cü il dekabrın 1-də ABŞ Ədliyyə Nazirliyinin müsadirə qərarı əsasında hökumətin mülkiyyətinə keçib”.

Qəzza savaçş başlayandan sonra yəmənli husilər Qırmızı dəniz və Ədən körfəzindəki beynəlxalq gəmiçilik yollarına geniş miqyasda hücum etməyə başladılar. Bu hücumlar beynəlxalq təhlükəsizlik probleminə və gəmiçilik təhlükəsizliyinə ciddi təhlükəyə çevrilib.

Centcom bəyanatının başqa bir hissəsində dedi: “İranın silahlı qruplara dəstəyi beynəlxalq və regional təhlükəsizliyi, ordunun, diplomatik heyətin və Amerika vətəndaşlarının, eləcə də müttəfiqlərimizin təhlükəsizliyini təhlükə altına qoyur. Biz İranın sabitliyi pozan hərəkətlərini ifşa etmək və onlara qarşı çıxmaq üçün nə lazımdırsa edəcəyik”.

Ötən ilin oktyabrında ABŞ İslam Respublikasının Yəmənə göndərdiyi yüklərdən ələ keçirdiyi 1,1 milyon 7,62 mm-lik güllələri də Ukraynaya təhvil verib.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

İqtisadiyyat

Ən böyük bank borcluları bankların özləridir

Aprel 9, 2024
IranWire
1 dəqiqədə oxunur
Ən böyük bank borcluları bankların özləridir