close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Hüseyn Xudayi ona qarşı irəli sürülən ittihamlardan bəraət qazanıb

İyun 22, 2023
1 dəqiqədə oxunur
Hüseyn Xudayi ona qarşı irəli sürülən ittihamlardan bəraət qazanıb

Təbrizdə yaşayan Türk mədəni fəal, 8 illik İran-İraq savaşı qazısı olan Hüseyn Xudayi Doğu Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsinin 32-ci şöbəsi tərəfindən, irəli sürülən ittihamlardan bəraət alıb.

Apellyasiya Məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 455-ci maddəsinin “b” bəndinə əsasən irəli sürülən ittihamın elementlərinin təmin edilməməsinə baxaraq, Konstitusiyanın 37-ci maddəsinə əsaslanaraq, Hüseyn Xudayiyə bəraaət verib.

Hüseyn Xudayi məhkəmə prosesi zamanı İslam Respublikası əleyhinə təbliğat aparmaq və ölkənin müxalif qruplaşmalarına üzvlükdə (separatçı qrupa üzv olmaq) ittiham edilib. O Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən Ərk qrupuna üzv olmaq məqsədiylə ölkənin təhlükəsizliyini sarsıtmaq ittihamı ilə 6 ay həbs cəzası verildi.

Qeyd edək ki, o, dekabrın 8-də təhlükəsizlik məmurları tərəfindən şəxsi mənzilində həbs edilmişdi. İran-İraq müharibəsi qazısı və 40 faiz əlillik dərəcəsi olan Xudayi təhlükəsizlik məmurları tərəfindən saxlanıldığı zaman evində axtarış aparılmışdı.

Şərhlər

Xəbərlər

Daşqınlar Əhərdə 50 kilometr yol və 9 körpüyə ziyan vurub

İyun 21, 2023
1 dəqiqədə oxunur
Daşqınlar Əhərdə 50 kilometr yol və 9 körpüyə ziyan vurub