close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Siyasət

Amerika: Biz zəmanət veririk ki, İslam Respublikası heç vaxt nüvə silahı əldə etməyəcək

May 10, 2024
1 dəqiqədə oxunur
Cümə axşamı, mayın 9-da ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Metyu Miller İran İslam Respublikasının lideri Əli Xameneinin müşavirlərindən biri Kamal Xərrazinin son açıqlamalarına cavab olaraq jurnalistlərə bildirib ki, Amerika İslam Respublikasının heç vaxt nüvə silahına sahib olmayacağına hər cür zəmanət verir”.

O, Kamal Xərrazinin dediklərini məsuliyyətsizlik adlandırıb və deyib: “ABŞ prezidenti və Xarici İşlər Nazirliyinin dediyi kimi, bütün variantlar masadadır və Birləşmiş Ştatlar bütün vasitələrdən istifadə etməklə İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədini güdür”.

İslam Respublikası liderinin beynəlxalq məsələlər üzrə müşaviri Kamal Xərrazi İsrailin İrandakı nüvə obyektlərinə hərbi hücumu ehtimalına işarə edərək, İslam Respublikasının mövcudluğuna təhlükə yaranarsa, İran hökumətinin nüvə doktrinası qərarının dəyişəcəyini bildirib.

Qətərin “Əl-Cəzirə” telekanalına müsahibə verən Xərrazi İslam Respublikasının nüvə bombası istehsal etmək gücünə malik olduğunu bir daha vurğulayıb.

Xərrazinin son açıqlamaları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossinin Tehrana səfərindən sonra verilib.

Qrossi İrana iki günlük səfərinin bitməsindən sonra elan etdi ki, Tehranın nüvə məsələsini həll etmək üçün İslam Respublikasına heç bir müddət verilmədi.

Qrossinin Tehrana son səfəri Xameneinin çıxışında İranın nüvə proqramının davam etdirilməsini vurğulamasından iki həftə sonra baş tutub.

Son aylar getdikcə daha çox Əli Xameneiyə yaxın rəsmilər İslam Respublikasının atom bombası yaratmaq qabiliyyətinə malik olması ilə dünyaya hədə qorxu gəliblər.

Şərhlər

Siyasət

Xameneinin müşaviri: İslam Respublikasının varlığına təhlükə yaranarsa, nüvə doktrinamızı dəyişəcəyik

May 9, 2024
1 dəqiqədə oxunur
Xameneinin müşaviri: İslam Respublikasının varlığına təhlükə yaranarsa, nüvə doktrinamızı dəyişəcəyik