close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Siyasət

On ikinci parlament işə başladı

May 27, 2024
1 dəqiqədə oxunur
İran İslam Şurasının on ikinci dönəmi ölkənin nümayəndə və rəsmilərinin iştirakı ilə bu gün bazar ertəsi 2024-cü il may 27-də parlamentin binasında işə başlayıb.
İran İslam Şurasının on ikinci dönəmi ölkənin nümayəndə və rəsmilərinin iştirakı ilə bu gün bazar ertəsi 2024-cü il may 27-də parlamentin binasında işə başlayıb.

İran İslam Şurasının on ikinci dönəmi ölkənin nümayəndə və rəsmilərinin iştirakı ilə bu gün bazar ertəsi 2024-cü il may 27-də parlamentin binasında işə başlayıb.

Parlamentin on ikinci dövrünün açılışı parlament seçkiləri keçən ilin martında (2023) xalqın ən az iştirakı ilə, xüsusən də böyük şəhərlərdə keçirildiyi bir vaxtda baş verir.

Statistikalar göstərirdi ki, 12-ci parlament seçkilərinin birinci turunda Tehran əhalisinin cəmi 24 faizi, ikinci turda isə cəmi 8 faizi səsvermədə iştirak edib. Bütün ölkə üzrə iştirak nisbəti yüzdə 41 təşkil edib və ən aşağı göstərici parlament seçkilərinin birinci turunda olub.

Parlamentin on ikinci dövrünün açılış mərasimində məhkəmə hakimiyyətinin başçısı, müxtəlif ölkələrin Tehrandakı səfirləri, əvvəlki parlamentlərin başqanları, 13-cü hökumətin nazirləri, prezidentin kəfili iştirak edirlər.

Bu mərasimdə ilk olaraq toplantının idarə olunmasını yüksək yaşı olan komitə öz üzərinə götürəcək. Yaş hesablamalarına görə, Loristan xalqının seçdiyi "Əlaəddin Borucerdi" (təxminən 74 yaş) və Zahidan xalqının seçdiyi "Hüseyn Əli Şəhriari" (təxminən 73 yaş) parlementin yaş sədri və sədr müavini olacaqlar.

Həmçinin, hər ikisi 35 yaşında olan "Abbas Qudrəti" və "Abdülhüseyn Himməti" on ikinci dövr üçün parlamentin ən gənc üzvləri hesab edilir və onlar yaş üzərə nümayəndə heyətinin mövqeyində keçici heyətə daxil ediləcəklər.

Açılış mərasimində yaş komitəsinin vəzifələri arasında şöbələrin üzvlərini müəyyən etmək üçün püşkatma, şöbələr arasında səlahiyyətlərin bölüşdürülməsi, idarə heyətinə seçkilərin keçirilməsi və işlərin idarə edilməsi daxildir.

Bu iclasda parlamentin 12-ci parlrmrnt seçkiləri ilə bağlı hesabatı daxili işlər naziri və prezidentin kəfili “Məhəmməd Muxbir”in çıxış edəcək, nümayəndələrin andiçmə mərasimi və şöbələrin seçilməsi mərasimi keçiriləcək.

Həmçinin Konstitusiyanın 67-ci maddəsinə əsasən parlamentdə seçilmiş nümayəndələr təmsilçilik, etibar və təqva vəzifələrini yerinə yetirmək üçün vəkillik andı içirlər.

Şərhlər

İqtisadiyyat

İrandan neft sənayesində çoxlu köç baş verməkdədir

May 27, 2024
1 dəqiqədə oxunur
İrandan neft sənayesində çoxlu köç baş verməkdədir