close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Siyasət

14-cü prezident seçkilərinə qeydiyyat başlayıb

May 30, 2024
2 dəqiqədə oxunur
Prezident seçkilərinin 14-cü dönəmi üçün adayların qeydiyyatının ilk günü bu gün, cümə axşamı 30 may 2024-də ölkənin seçki qərargahında başlayıb.
Prezident seçkilərinin 14-cü dönəmi üçün adayların qeydiyyatının ilk günü bu gün, cümə axşamı 30 may 2024-də ölkənin seçki qərargahında başlayıb.

Prezident seçkilərinin 14-cü dönəmi üçün adayların qeydiyyatının ilk günü bu gün, cümə axşamı 30 may 2024-də ölkənin seçki qərargahında başlayıb.

Prezident seçkilərində iştirak edəcək adayların qeydiyyatı səhər saat 8:00-dan axşam 18:00-dək davam edəcək və adaylar 5 gün ərzində 3 iyun 2024-cü il tarixinədək ölkənin seçki qərargahında qeydiyyatdan keçmək lazımdır.

Adayların qeydiyyat müddəti bitdikdən sonra, Konstitusiyanın Müdafiəsi Şurası 4 iyun tarixindən yeddi gün ərzində ixtisasları nəzərdən keçirəcək, nəhayət, təsdiq edilmiş adayların adları 11 iyun 2024-cü ildə Daxili İşlər Nazirliyinə elan ediləcək.

Konstitusiyanın Müdafiəsi Şurası yekun rəyi açıqlandıqdan sonra adayların 15 gün (26 iyul 2024-cü ilə qədər) reklamları var. İyulun 27-dən seçki reklamı qadağan edilib və iyulun 28-də seçkilər keçiriləcək. Adaylardan heç biri səs çoxluğunu toplaya bilməsə, seçkinin ikinci mərhələsi iyulun 5-i cümə günü keçiriləcək.

Prezident Seçki Qanununun 35-ci maddəsinə əsasən, adaylar qeydiyyatdan keçərkən dini, siyasi, İran əsilli, İran İslam Respublikasının vətəndaşlığına malik, idarəedici və yaxşı təcrübəyə malik, etibarlı, təqvalı, və İran İslam Respublikasının əsaslarına və ölkənin rəsmi dininə inanmları lazımdır.

İranda növbədənkənar prezident seçkiləri İbrahim Rəisi  və yoldaşlarını daşıyan helikopterin Doğu Azərbaycanda qəzaya uğramasından sonra və onların vəfat səbəbindən 2024-cü il iyun 28-də təyin edilmiş tarixdən bir il öncə keçiriləcək.

 

Daxili işlər naziri: Biz böhrandan keçdik

Bu gün səhər, 2024-cü il iyunun 30-da daxili işlər naziri “Əhməd Vəhidi” mesajında İranda prezident seçkiləri üçün qeydiyyatın başladığını elan edib və deyib: “Belə böyük itkiyə baxmayaraq, inqilabın ali rəhbərinin göstərişi ilə və konstitusiyaya əsasən, biz bu böhrandan asanlıqla çıxdıq və ölkənin işlərində heç bir axsama olmadı”.

O, vurğuladı: “Ümid edirik ki, hər kəsin iştirakı və medianın, partiyaların və nüfuzlu şəxsiyyətlərin iştirakı ilə yaxşı bir seçkinin şahidi olacağıq və İslam əxlaqına əsaslanan yaxşı seçkinin bütün mərhələlərində bütün meyarlara əməl olunacaq, və hər kəs 28 İyunda da geniş iştirak üçün özünü hazırlayacaq."

Qeyd edək ki, indiyədək islahatçı, mühafizəkar və mötədil partiyaların bəzi mühüm siyasi xadimləri, o cümlədən parlamentin deputatı “Məsud Pzeşkiyan” və məhkəmə sisteminin rəhbəri “Qulamhüseyn Möhseni Ejei” bu seçkidə iştirak etməyə hazır olduqlarını bəyan ediblər.

Şərhlər

Xəbərlər

Xamenei Amerikadakı Fələstin tərəfdarı öyrənciləri “müqavimət cəbhəsi” adlandırıb

May 30, 2024
1 dəqiqədə oxunur
Xamenei Amerikadakı Fələstin tərəfdarı öyrənciləri “müqavimət cəbhəsi” adlandırıb