close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Siyasət

Baqeri Kəni Suriyadakı Fələstin qruplarının başçıları ilə görüşüb

İyun 5, 2024
1 dəqiqədə oxunur
Baqeri Kəni Suriyadakı Fələstin qruplarının başçıları ilə görüşüb
Baqeri Kəni Suriyadakı Fələstin qruplarının başçıları ilə görüşüb

İran dövlət xəbər agentliyinin məlumatına görə, bu gün Xarici İşlər Nazirliyi vəzifəsini icra edən Əli Baqeri Kəni Dəməşqə gəldikdən sonra fələstinli qrupların başçıları ilə görüşüb. Bu görüş İsrail ilə İran İslam Respublikasının dəstəklədiyi Fələstin və Livan milis qrupları arasında münaqişələrin kəskinləşməsi ilə eyni vaxtda baş tutub.

Xarici işlər nazirinin helikopter qəzasında ölməsindən sonra Xarici İşlər Nazirliyinin vəzifəsini müvəqqəti icra edən “Əli Baqeri Kəni” iyunun 4-də Livandan sonrakı xarici missiyasında Suriyaya gedib və Fələstin qruplarının “rəhbərləri ilə” görüşüb."

Görünən odur ki, Hüseyn Əmirəbdullahianın ölümündən sonra Xarici İşlər Nazirliyində Baqeri kəninin rəhbərliyi altında bu nazirliyin yanaşmasında heç bir dəyişiklik baş verməyib. Əli Xameneinin kürəkəninin qardaşı Baqeri Kəni Səid Cəlilinin yaxınıdır və İmam Sadiq Universitetinin məzunudur.

İslam Respublikası həmişə Fələstin silahlı qruplaşmalarını dəstəkləyib. Lakin Oktyabrın 7-də Həmas-ın İsrail torpaqlarına etdiyi terror hücumundan və Qəzza müharibəsinin başlamasından sonra keçmiş xarici işlər naziri Əmir Abdullahiyan bölgədə İslam Respublikasının dəstəklədiyi milis qrupları ilə dəfələrlə görüşüb və onlara dəstək verib.

Həmas milisləri, Fələstin müqavimət qrupları, Livanın Hizbullahı, İraq şiə milis qrupları, Yəmən husiləri, İran İslam Respublikası ilə birlikdə, 7 oktyabr terror əməliyyatlarından sonra hər hansı bir şəkildə İsraillə münaqişəyə giriblər. ABŞ və Batı müttəfiqləri də İsrailin xeyrinə müdafiə əməliyyatlarında İsraili dəstəkləmək üçün hərəkətə keçiblər. Bu hadisələr regionda münaqişənin miqyasının genişləndirilməsi ilə bağlı narahatlıqları artırıb.

Şərhlər

Xəbərlər

İnqilab Keşikçilərinin müavini: Xameneinin qarşısında duracaq biri prezident olmamalıdır

İyun 4, 2024
1 dəqiqədə oxunur
İnqilab Keşikçilərinin müavini: Xameneinin qarşısında duracaq biri prezident olmamalıdır