close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Siyasət

Kanada İnqilabı Keşikçilərini terrorçu qruplar siyahısına salacaq

İyun 20, 2024
2 dəqiqədə oxunur
Kanada İnqilabı Keşikçilərini terrorçu qruplar siyahısına salacaq
Kanada İnqilabı Keşikçilərini terrorçu qruplar siyahısına salacaq

Kanadanın ictimai təhlükəsizlik naziri dünən, çərşənbə günü, 19 iyunda rəsmi olaraq elan etdi ki, Kanada İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu qruplar siyahısına salacaq.

Kanadanın İctimai Təhlükəsizlik Naziri Dominik LeBlank mətbuat konfransında deyib: “Bu hərəkət Kanadanın İnqilabı Keşikçiləri terror təşkilatına qarşı mübarizədə bütün mövcud vasitələrdən istifadə edəcəyinə dair güclü bir mesaj verir”.

Bundan öncə Kanadanın “CBC” xəbər kanalı da elan etmişdi ki, iranlı-kanadalı fəalların illərlə apardığı səylərdən və artan siyasi təzyiqlərdən sonra, nəhayət, bu ölkə İnqilab Keşikçilərini Kanadanın cinayət qanunlarına əsasən terrorçu qruplar siyahısına daxil etmək qərarına gəlib.

Bu qərarın Kanada hökumətinin rəsmi açıqlaması ilə bu ölkənin polisi İnqilab Keşikçilərini maddi və ya maddi cəhətdən dəstəkləmək istənilən şəxs və ya quruma qarşı tədbir görə bilər. Banklar da öz aktivlərini dondura biləcəklər.

CBC-nin məlumatına görə, bu xəbər “PS752” reysinin qurbanları, Kanada İran icmasının üzvləri, mühafizəkar partiyalar və “NDP” və ya “Yeni Demokratlar” İnqilab Keşikçilərini bu ölkədəki terror qrupları siyahısında qoymağa çalışıblar.

Kanada parlamentinin üzvləri keçən ay bu tədbiri birlikdə təsdiqləyərək Kanadanın Justin Trudeau başçılıq etdiyi Liberal hökumətini İnqilab Keşikçilərini “terrorçu” təşkilat elan etməyə çağırıblar.

İslam İnqilabı Keşikçiləri Korpusu İran İslam Respublikasının silahlı qüvvələrinin bir qoludur və komandirləri birbaşa İslam Respublikasının lideri Əli Xamenei tərəfindən təyin edilir. İnqilab Keşikçiləri Həmas, Hizbullah və Husilər kimi milis qrupları dəstəkləməklə, Orta Doğuda qeyri-sabitliyin yayılmasına səbəbiyyət verib və regionu böyük müharibənin astanasına qoyub. İnqilab Keşikçiləri həm də İranda xalq etirazlarını qanla yatıran əsas qurumlardan biri kimi tanınır.

Təxminən dörd il öncə Ukrayna Hava Yollarına məxsus PS752 reysi Tehran üzərində İİKK raketləri ilə hədəfə alınıb və bu uçuşda 55 Kanada vətəndaşı da daxil olmaqla 175 yolcu və 30 Kanada daimi sakini ölüb. Ölənlərin ailələri uzun müddətdir ki, Kanada hökumətinə İnqilab Keşikçilərinə qarşı şikayət ərizəsi yazaraq, İnqilab Keşikçilərini terrorçu elan etməsi üçün təzyiq edirlər.

İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən "Qadın, Həyat, Azadlıq" etirazlarının qanlı şəkildə yatırılmasından və insan haqlarının geniş şəkildə pozulmasından sonra bir çox İnqilab Keşikçiləri komandirləri sanksiyaya məruz qaldı və İslam Respublikasının bir çox müxalifləri İnqilab Keşikçilərinin terrorçular siyahısına salınmasını tələb etdilər. Batı ölkələri bu təzyiqlərdən sonra Avropa Parlamentinin nümayəndələri bu yaxınlarda İİKK-nın terrorçu qruplar siyahısına əlavə edilməsinin lehinə səs verdilər, lakin Aİ diplomatlarının buna hələ də şübhələri var.

Bundan öncə Trump dövründə ABŞ İnqilab Keşikçilərini terrorçu qruplar siyahısına daxil etmişdi. Lakin Biden vəzifəyə gəldikdən sonra İİKK-nın adı terror təşkilatları siyahısından çıxarılıb.

Daha öncə İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmiləri xəbərdarlıq etmişdilər ki, əgər terrorçu qruplar siyahısına daxil olarsa, İran da iştirak edən ölkələrə qarşı oxşar reaksiyalar verə və onlarla əlaqəli qüvvə və təşkilatları terrorçu qruplar elan edə bilər.

Şərhlər

Xəbərlər

Kərəcdə içki satan 4 nəfərə edam hökmü verilib

İyun 19, 2024
IranWire
1 dəqiqədə oxunur
Kərəcdə içki satan 4 nəfərə edam hökmü verilib