close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Orta Şərq

İsrail İslam Respublikasına qarşı ABŞ-ın rəhbərliyində regional qüvvələrin yaradılmasını istədi

İyun 15, 2022
1 dəqiqədə oxunur
İsrail İslam Respublikasına qarşı ABŞ-ın rəhbərliyində regional qüvvələrin yaradılmasını istədi

İsrailin müdafiə naziri Benny Gantz çərşənbə axşamı bildirib ki, İranla bağlı narahatlıqlarını bölüşən İsrail və ərəb dövlətləri İslam Respublikasına qarşı ABŞ-ın dəstəklədiyi birgə qüvvə yaratmalıdırlar.

İsrail müdafiə nazirinin açıqlaması ABŞ prezidenti Joe Bidenin Yaxın Şərqə səfəri ərəfəsinə təsadüf edir.

Joe Bidenin gələn ay Səudiyyə Ərəbistanı və İsrail də daxil olmaqla ölkələrə səfər etmək üçün bölgəyə getməsi planlaşdırılır.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinin məlumatına görə, cənab Biden ayrıca körfəz ölkələri, Misir və İordaniya liderlərinin birgə görüşündə iştirak edəcək.

İranın nüvə proqramı və indiyədək uğursuzluğa düçar olmuş JCPOA anlaşmasının canlandırılması üçün beynəlxalq danışıqlar region liderlərinin ABŞ prezidenti ilə görüşünün gündəmindəki mövzulardandır.

Reuters-in məlumatına görə, İsrailin müdafiə naziri dünən etdiyi çıxışda İsrailin ABŞ-ın dəstəyi ilə 2020-ci ildən geniş diplomatik əlaqələrə başlayan Körfəzdə ərəb ölkələri ilə təhlükəsizlik əlaqələrinə toxunub. O, Misir və İordaniyaya da toxunaraq, əməkdaşlığın genişləndirilməsi üçün çabaların göstərildiyini bildirib.

Reuters agentliyi Benny Gantz-a istinadən xəbər verir: “Lazım olan təkcə əməkdaşlıq deyil, ABŞ-ın rəhbərlik etdiyi regional qüvvələrin yaradılması və bütün iştirakçı tərəfləri gücləndirməkdir”.

Bununla belə, Reuters yazıb ki, İsrail müdafiə nazirinin çıxışı əslən ivrit dilində olub və onun birgə hərbi hissə və ya daha ümumi imkanlardan bəhs edən “güc” dedikdə nəyi nəzərdə tutduğu aydın deyil.

Cənab Gantz çıxışında dedi: “Biz İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün daim çalışırıq”.

İslam Respublikası və İsrail adı verilməmiş savaş vəziyyətindədir və İsrail Suriyada İnqilab Keşikçiləri və ya İnqilab Keşikçilərinin dəstəklədiyi silahlı qruplara aid olduğunu bildirdiyi mövqeləri ardıcıl olaraq hədəfə alır.

Son həftələr İranda İnqilab Keşikçilərinin xaricdəki qolu olan Qüds Qüvvələrinin bir polkovniki də daxil olmaqla bir sıra əsgərlər öldürülüb. İran rəsmiləri sui-qəsddə İsraili günahlandırıb.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Venesuelanın uçuş heyəti Qüds Qüvvələrinə üzvlük ittihamı ilə həbs edilib

İyun 14, 2022
1 dəqiqədə oxunur
Venesuelanın uçuş heyəti Qüds Qüvvələrinə üzvlük ittihamı ilə həbs edilib