close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Rəzəvi Xorasanda kritik sel vəziyyəti; Məşhəd selində 4 nəfər ölüb, 12 nəfər itkin düşüb

May 16, 2024
1 dəqiqədə oxunur
15 may 2024-cü il çərşənbə günü yağan yağış və Məşhəd şəhərində baş verən daşqın nəticəsində bu metropolün bir çox küçələri bağlanıb və bəzi avtomobillər su altında qalıb.
15 may 2024-cü il çərşənbə günü yağan yağış və Məşhəd şəhərində baş verən daşqın nəticəsində bu metropolün bir çox küçələri bağlanıb və bəzi avtomobillər su altında qalıb.
İran xəbər agentliklərinin məlumatına görə, yağış artıq Firuzə, Tərqəbə-Şandiz, Dərqəz, Friman və Sərxs yollarını bağlayıb.
İran xəbər agentliklərinin məlumatına görə, yağış artıq Firuzə, Tərqəbə-Şandiz, Dərqəz, Friman və Sərxs yollarını bağlayıb.
Rəzəvi Xorasan Böhran İdarə Etmə Baş İdarəsinin rəisi, vətəndaşları Məşhəd və daşqından zərər çəkmiş şəhərlərə lazımsız səyahət etməmələri barədə xəbərdarlıq edib.
Rəzəvi Xorasan Böhran İdarə Etmə Baş İdarəsinin rəisi, vətəndaşları Məşhəd və daşqından zərər çəkmiş şəhərlərə lazımsız səyahət etməmələri barədə xəbərdarlıq edib.

15 may 2024-cü il çərşənbə günü yağan yağış və Məşhəd şəhərində baş verən daşqın nəticəsində bu metropolün bir çox küçələri bağlanıb və bəzi avtomobillər su altında qalıb.

Məşhəd Yanğın Söndürmə Təşkilatının baş direktorunun sözlərinə görə, Məşhəd İnqilab Körpüsü ərazisində sel nəticəsində 2 nəfər ölüb. Bir neçə saat sonra, çərşənbə günü axşam saatlarında daşqın nəticəsində ölənlərin sayının dördə çatdığı və 12 nəfərin itkin düşdüyü açıqlandı.

İran xəbər agentliklərinin məlumatına görə, yağış artıq Firuzə, Tərqəbə-Şandiz, Dərqəz, Friman və Sərxs yollarını bağlayıb. Daşqın Məşhəd şəhərindən əlavə Rəzəvi Xorasanının quzeyində bir şəhər və 8 kəndə də ziyan vurub. Rəzəvi Xorasan əyalətinin güneyində Fəriman bəndi yağış səbəbindən daşıb və vəziyyəti kritiktir.

Rəzəvi Xorasan Böhran İdarə Etmə Baş İdarəsinin rəisi, vətəndaşları Məşhəd və daşqından zərər çəkmiş şəhərlərə lazımsız səyahət etməmələri barədə xəbərdarlıq edərkən elan edib ki, növbəti xəbərdarlığa qədər Məşhədin turizm zonaları, bağları və parkları da bağlıdır.

Rəzəvi Xorasanda daşqınların vurduğu ziyanla bağlı rəsmi məlumat hələlik açıqlanmayıb, lakin ilkin məlumatlara görə, daşqın kənd təsərrüfatı sahələrinə və kommunikasiya yollarına, eləcə də içməli su obyektlərinə, işıq, qaz, telekommunikasiya obyektlərinə, eləcə də şəhər və kənd yaşayış evlərinə çoxlu miqdarda ziyan vurub.

Bir neçə saat sonra dövlət xəbər agentlikləri Rəzəvi Xorasan Qızıl Aypara Cəmiyyətinin baş direktoru Möhsün Zakeriyana istinadən bildirib ki, Məşhəddə daşqın nəticəsində ölənlərin sayı 4-ə çatıb, 12 nəfər isə hələ də itkindir.

  Zakeriyan artırıb ki,  "İki nəfər İnqilab meydanında, iki nəfər isə Məşhəddə Seyedi bulvarı yaxınlığında seldə qalaraq ölüb".

Şərhlər

Xəbərlər

İlam və İsfahan həbsxanalarında ən azı 7 məhbus edam edilib

May 15, 2024
1 dəqiqədə oxunur
İlam və İsfahan həbsxanalarında ən azı 7 məhbus edam edilib