Çərşənbə axşamı, 2024-cü il dekabrın 3-də ABŞ Maliyyə Nazirliyi İran neftinin qlobal bazarlara qaçaqmalçılıq yolu ilə daşınmasında iştirak etdiklərinə görə 35 qurum və gəmiyə qarşı yeni sanksiyalar tətbiq edib.
ABŞ Maliyyə Nazirliyi öz bəyanatında bildirib ki, bu sanksiyalar İran neft qaçaqmalçılığının “kölgə donanması”na daha çox təzyiq göstərəcək.
İslam Respublikasının İsrailə hücumuna görə ABŞ daha öncə oktyabrın 11-də İrana qarşı neft sanksiyaları tətbiq etmişdi.
Xəzinədarlıq katibinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini vəzifəsini icra edən Bredli Smit bu sanksiyalarla bağlı deyib: “İran neft ticarətindən əldə etdiyi gəlirləri nüvə proqramının inkişafına, ballistik raket və dron texnologiyalarının yayılmasına və proksi qüvvələrin dəstəklənməsinə yönəltməyə davam edir”.
Smit vurğulayıb ki, Birləşmiş Ştatlar İran neftinin qaçaqmalçılığı ilə bağlı qeyri-qanuni fəaliyyətlə məşğul olan gəmilərin və şəxslərin kölgə donanmasını pozacaqdır.
Birləşmiş Ştatlar bəyan edib ki, yeni sanksiyalar İran iqtisadiyyatının əsas sektorlarını hədəf alacaq ki, hökumət öz nüvə və raket proqramlarını inkişaf etdirmək üçün dövlət vəsaitlərindən istifadə edə bilməsin.
Şərhlər