close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Şiddətli hava çirkliliyinə görə Tehran və Əlborzda məktəblər və rəsmi ofislər bağlanıb

Dekabr 11, 2024
IranWire
1 dəqiqədə oxunur
Şiddətli hava çirkliliyinə görə Tehran və Əlborzda məktəblər və rəsmi ofislər bağlanıb
Şiddətli hava çirkliliyinə görə Tehran və Əlborzda məktəblər və rəsmi ofislər bağlanıb
Medianın yaydığı məlumata görə, Tehran əyalətində Dəmavənd və Firuzkuh bölgələri istisna olmaqla, 11-12 dekabr 2024-də çərşənbə və cümə axşamı günləri bütün məktəblər, universitetlər və idarələr bağlı olacaq.

İranda havanın çirklənməsi böhranından sonra Tehran və Əlborz əyalətlərinin havasının çirklənməsi ilə bağlı fövqəladə hallar komitəsi məktəblər, universitetlər və rəsmi ofislərin geniş şəkildə bağlandığını elan edib. Paytaxtın və digər böyük şəhərlərin havasının keyfiyyəti hamı üçün qeyri-sağlam vəziyyətə gəldiyi bir vaxtda bu bağlanmalar baş verib.

Medianın yaydığı məlumata görə, Tehran əyalətində Dəmavənd və Firuzkuh bölgələri istisna olmaqla, 11-12 dekabr 2024-də çərşənbə və cümə axşamı günləri bütün məktəblər, universitetlər və idarələr bağlı olacaq. Tehran qubernatorunun koordinasiya və inşiaat işlər üzrə müavini bu qərarı çirklənmə göstəricilərinin artması və kritik vəziyyətlə əlaqədar olduğunu elan edib.

Digər tərəfdən, Əlborz əyalətində məktəblər 11 dekabr çərşənbə gününə qədər bağlı qalacsq və şagirdlərin dərsləri onlayn keçiriləcək.

Əlborz qubernatorunun koordinasiya və inşiaat işlər üzrə müavini Əhməd Əfzəli vətəndaşlardan açıq havada fəaliyyətlərdən çəkinməyi xahiş edib.

Eyni zamanda, Tehran Hava Keyfiyyətinə Nəzarət Şirkəti havanın keyfiyyəti indeksinin “hamı üçün sağlam olmayan” olduğunu bildirib. Bu hesabata görə, çərşənbə axşamı səhər saatlarında 161 olan çirklənmə indeksi 2,5 mikrondan az hissəciklərlə dolu havanı göstərir ki, bu da insanların sağlamlığına təhlükə yaradır.

Bu vəziyyət elə bir şəraitdə baş verir ki, ilin əvvəlindən Tehran cəmi beş günlük təmiz hava yaşayıb. Bu statistika təkcə havanın çirklənməsi böhranı ilə mübarizədə şəhər rəhbərliyinin səriştəsizliyini deyil, həm də vətəndaşları fövqəladə vəziyyətə salan yanlış siyasətin nəticəsidir.

Məktəblərin və ofislərin müvəqqəti bir həll yolu kimi geniş şəkildə bağlanması havanın çirklənməsinin idarə edilməsində yapısal zəifliklərini bir daha ortaya qoyur. Qubernatorluqlar bağlanma kimi müvəqqəti tədbirlərlə kifayətlənsə də, görünür ki, İslam Respublikasının siyasətləri üfüqündə bu böhranın köklü həlli görünmür.

Şərhlər

Xəbərlər

Suriyada Əsəd hökumətinin devrilməsi ilə bağlı İnqilab Keşikçiləri komandiri ilə Məclisin qapalı iclası

Dekabr 10, 2024
IranWire
1 dəqiqədə oxunur
Suriyada Əsəd hökumətinin devrilməsi ilə bağlı İnqilab Keşikçiləri komandiri ilə Məclisin qapalı iclası