İnsan haqları mənbələrinin hesabatları göstərir ki, dekabrın 11-dən dekabrın 15-i bazar gününə qədər İran həbsxanalarında ən azı 34 məhbus edam edilib.
Bu vətəndaşlar İranın müxtəlif həbsxanalarında, o cümlədən Ərak, İsfahan, Xürrəmabad, Zahidan, Şiraz, Kərəc, Məşhəd, Malayer, Qoşaçay və Yəzd şəhərlərində asılıblar.
11 dekabra edam edilən şəxslərdən 10 nəfər Kərəcdəki Qızılhisar həbsxanasında, iki nəfər Qoşaçayda və bir nəfər Xürrəmabaddakı Parsilun həbsxanasında edam edilib.
12 dekabrda biri qadın olmaqla yeddi məhbus Yəzd həbsxanasında, üç məhbus Məşhəddəki Vəkil Abad həbsxanasında, üç məhbus Şirazdakı Adil Abad həbsxanasında və bir məhbus İsfahan həbsxanasında edam edilib.
Ayrıca, Malayer həbsxanasında iki nəfər, Ərak həbsxanasında bir nəfər 14 dekabrda, dörd nəfər isə 15 dekabrda Zahidan həbsxanasında edam edilib.
Bu məhbusların edamı müxtəlif ittihamlarla, o cümlədən “adam öldürməi və narkotik maddələrin saxlanması və ya daşınması” ilə həyata keçirilib.
İran İnsan Haqları Təşkilatı 13 dekabrda yayımladığı hesabatda İslam Respublikasının son iki ayda 300-dən çox insanı edam etdiyini yazıb.
Şərhlər