close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Siyasət

Wall Street Journal: Tramp Tehranın nüvə proqramını dayandırmaq üçün hərbi hücum variantını da nəzərdən keçirir

Dekabr 13, 2024
1 dəqiqədə oxunur
Wall Street Journal: Tramp Tehranın nüvə proqramını dayandırmaq üçün hərbi hücum variantını da nəzərdən keçirir
Wall Street Journal: Tramp Tehranın nüvə proqramını dayandırmaq üçün hərbi hücum variantını da nəzərdən keçirir

“Wall Street Journal” məlumatlı rəsmilərə istinadən xəbər verir ki, Bəşər Əsəd rejiminin süqutunu araşdıran Donald Trampın komandasının bəzi üzvləri İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almaq üçün, “ qabaqlayıcı hava hücumları" da daxil olmaqla mövcud variantları ciddi şəkildə dəyərləndirirlər.

Orta Doğuya daha çox əsgər, qırıcı və gəmi göndərməklə hərbi təzyiqin artırılması, qaya parçalayan bombalar kimi qabaqcıl silahların İsrailə satılması və ölkənin İranın nüvə obyektlərinə hücum imkanlarının gücləndirilməsi bu baxımdan seçimdir.

Eyni zamanda, “The Times of Israel” ölkənin hərbi rəsmilərinə istinadən yazıb ki, Orta Doğuya İslam Respublikasının müvəkkil qruplarının zəifləməsi və Suriyada Əsəd rejiminin süqutundan sonra İranın nüvə obyektlərinə hücum etmək fürsəti yaranıb.

Məlumatlara görə, İsrailin baş naziri Benyamin Netanyahu ilə son söhbətlərində Tramp prezidentliyi dövründə İranın atom bombası əldə etməsi ehtimalından narahat olduğunu bildirib.

“The Wall Street Journal” yazıb ki, başqa variant Tehranı diplomatik qərar qəbul etməyə məcbur etmək üçün sanksiyalarla yanaşı hərbi gücdən də istifadə etməkdir.

“Time” jurnalı tərəfindən ilin adamı seçilən ABŞ-ın seçilmiş prezidenti bu jurnala müsahibəsində İrana hərbi hücumun mümkünlüyünü istisna etməyib.

Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra gələcək hökumətin Tehrana münasibəti ilə bağlı spekulyasiyalar güclənib.

Ötən həftələrdə İslam Respublikasının hakimiyyət orqanları atom bombası əldə etməyə cəhd ehtimalı barədə daha açıq danışıb və bununla bağlı narahatlıqlar artıb.

Şərhlər

Siyasət

Netanyahunun İran xalqına videomüraciəti: Bir gün İran azad olacaq

Dekabr 13, 2024
IranWire
1 dəqiqədə oxunur
Netanyahunun İran xalqına videomüraciəti: Bir gün İran azad olacaq