close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Siyasət

Joe Biden Birləşmiş Millətlər Təşkilatında: İran və onun milislərinin qarşısında durmalıyıq

Sentyabr 25, 2024
1 dəqiqədə oxunur
Joe Biden Birləşmiş Millətlər Təşkilatında: İran və onun milislərinin qarşısında durmalıyıq

ABŞ prezidenti Joe Biden Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışında deyib ki, biz İrana qarşı durmalıyıq və İrana bağlı vəkil terror qruplarının 7 oktyabr hücumu kimi hücumlar həyata keçirməsinə imkan verməməliyik.

ABŞ prezidenti 23 sentyabr günü çıxışında İranın nüvə proqramına da toxunub və deyib: "Biz İranın heç vaxt və heç vaxt nüvə silahına sahib olmaması üçün birlikdə çalışmalıyıq."

O, Ortadoğudaki vəziyyətə toxunaraq əlavə edib: “Bütün ölkələr əmin olmalıdır ki, 7 oktyabr bir daha təkrarlanmasın. Terrorçular müstəqil ölkəyə hücum edərək 1200 nəfəri öldürdülər”.

Amerika prezidenti Qəzzada atəşkəs razılaşması barədə də deyib: “İndi tərəflərin şərtləri (atəşkəs) yekunlaşdırması, girovları evlərinə gətirməsi və İsrailin və Qəzzanın HƏMAS-dan təmizlənərək təhlükəsizliyini təmin etməsi, Qəzzanın əzabını azaltması və bu müharibəyə son qoymağın vaxtıdır”.

O, həmçinin Livan Hizbullahı ilə İsrail arasında müharibənin genişlənməsinə işarə edib və bir daha vurğulayıb ki, “tammiqyaslı” müharibə heç kimin xeyrinə deyil.

Cənab Biden çıxışının başqa bir hissəsində Tehranın Ortdoğudaki roluna toxunaraq bildirib: “Ortdoğunun barışa doğru irəliləyişi dünyanı İrandan gələn davamlı təhlükə ilə mübarizə aparmaq üçün daha güclü mövqeyə qoyur”.

İran prezidenti Məsud Pezeşkian son iki gündə İslam Respublikasının xarici siyasətinin fərqli simasını Batı mediasına təqdim etməyə çalışarkən Bidenin İslam Respublikası və onun vəkil qruplarına qarşı durmağın zəruriliyi ilə bağlı açıqlamaları gündəmə gəlib.

Dünən ABŞ-ın yüksək səviyyəli media rəhbərləri qrupunda Məsud Pezeçkianın ifadələrinin səs faylı yayılıb və o, deyib: “İsrail silahlarını yerə qoysa, İran silahlarını yerə qoymağa hazırdır”.

Pezeşkian bu səs faylda seyir: “Terrorçu terrorçudur. Fərqi yoxdur ərəb, əcəm, fars və ya İsrail və Amerika olsun. Əgər sui-qəsd edirlərsə, onlar terrorçudurlar”.

Bu səs faylın yayılması sosial şəbəkələrdə “dəyər qoruyucular” kimi tanınan İran hökumətinə yaxın qüvvələr tərəfindən mənfi reaksiya ilə qarşılanıb.

Şərhlər

Siyasət

Pezeşkian: İsrail də eyni şeyi edərsə, biz bütün silahlarımızı kənara qoymağa hazırıq

Sentyabr 24, 2024
1 dəqiqədə oxunur
Pezeşkian: İsrail də eyni şeyi edərsə, biz bütün silahlarımızı kənara qoymağa hazırıq