close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Siyasət

Netanyahunun İran xalqına videomüraciəti: Bir gün İran azad olacaq

Dekabr 13, 2024
IranWire
1 dəqiqədə oxunur
Netanyahunun İran xalqına videomüraciəti: Bir gün İran azad olacaq
Netanyahunun İran xalqına videomüraciəti: Bir gün İran azad olacaq

İsrailin baş naziri Benyamin Netanyahu üçüncü videomüraciətində ötən bir ildə İran xalqına daha yaxşı gələcəyə ümidlə müraciət edib  və deyib: “Bir gün İran azad olacaq və biz birlikdə dinc gələcək quracağıq; İnsanların təsəvvür etdiyindən daha tez reallaşacaq bir gələcək”.

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin süqutundan sonra dərc olunan bu mesajda İsrailin baş naziri İslam Respublikasının Suriyadakı maliyyə xərclərini qeyd edib və deyib: “Sizə zülm edənlər Suriyada Əsədi dəstəkləmək üçün 30 milyard dollar xərcləyiblər. Amma bu gün 11 günlük müharibədən sonra Əsəd hökuməti devrildi. Sizə zülm edənlər HƏMAS-ı da dəstəkləmək üçün milyardlarla dollar xərcləyiblər”.

Binyamin Netanyahu mesajının sonunda Mahsa hərəkatının etiraz şüarını fars dilində işlədib və deyib: “Qadın, həyat, azadlıq İranın gələcəyidir”.

Netanyahu İran xalqına ikinci birbaşa mesajında iranlıların parlaq gələcəyinə işarə edib və deyib: “Xamenei rejiminin sizdən, İran xalqından qorxması İsraildən qorxusundan daha böyükdür. Xəyallarınızın ölməsinə imkan verməyin. Ümidinizi itirməyin. Şübhə etmirəm ki, azad İranda israillilər və iranlılar rifah və sülhlə dolu gələcək quracaqlar”.

 

 

Şərhlər

Xəbərlər

İnqilab Keşikçilərinin Komandiri: Suriyanı tərk edən son insanlar İnqilab Keşikçilərinin uşaqları olub

Dekabr 12, 2024
IranWire
1 dəqiqədə oxunur
İnqilab Keşikçilərinin Komandiri: Suriyanı tərk edən son insanlar İnqilab Keşikçilərinin uşaqları olub