Hollandiyanın sağçı Azadlıq Partiyasının lideri Geert Wilders, Xameneinin çərşənbə günü Suriyadakı hadisələrlə bağlı çıxış edəcəyi ilə bağlı paylaşımına cavab olaraq X kanalında belə cavab verib: “Heç kimin vecinə deyil. Sıradaki sən ola bilərsən."
İran İslam Respublikasının lideri Əli Xameneinin Bəşər Əsədə xüsusi mesajından 3 həftə keçməyib ki Suriya prezidentinin hakimiyyəti qəfil başa çatıb.
Suriya İslam Respublikasının lideri üçün “ən mühüm qala və müqavimət oxu” idi ki o illərcə Əsədə dəstək verərək bu qalanı əldə tutmaya çalışdı.
İran prezidenti Məsud Pezeşkian da Bəşər Əsəd hökumətinin devrilməsi ilə bağlı ilk reaksiyasında demişdi: Suriya xalqı öz ölkəsinin və siyasi sisteminin gələcəyi ilə bağlı xarici müdaxilə olmadan və zorakılıqdan uzaq, dinc bir mühitdə qərar verməlidir.
Hökumət kabinetinin toplantısında Pezeşkian “anlaşmaya nail olmaq və münaqişələrə tez bir zamanda son qoymaq üçün müxtəlif suriyalı qruplar arasında konstruktiv dialoqun aparılmasının” zəruriliyini vurğulayaraq, Suriyanın birliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı istəyib.
İranın yüksək rütbəli rəsmisi də Reuters agentliyinə bildirib ki, Tehran Dəməşqdəki müxalifət rəhbərliyinin bəzi qrupları ilə əlaqə yaratmaq üçün birbaşa kanallar yaradıb.
Bu rəsmi əlavə edib ki, İslam Respublikası iki ölkə arasında düşmənçilik yolunun qarşısını almaq üçün Suriyanın yeni rəhbərliyi ilə birbaşa dialoqa hazırdır.
Şərhlər