close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Siyasət

Abbas Əraqçı: Üçüncü Sadiq vəd tezliklə həyata keçiriləcək

Noyabr 19, 2024
IranWire
1 dəqiqədə oxunur
Abbas Əraqçı: Üçüncü Sadiq vəd tezliklə həyata keçiriləcək
Abbas Əraqçı: Üçüncü Sadiq vəd tezliklə həyata keçiriləcək

İranın Xarici İşlər Naziri Abbas Əraqçi İnqilab Keşikçiləri komandirləri qarşısında çıxışında, İranın İsrailin hücumlarına cavab verməsi və çəkindirmə diplomatiyanın rolu ilə bağlı məsələlərə işarə edib.

O, İsrailin son əməliyyatına toxunaraq, bu hücumu "yeni təcavüz" adlandırıb və bəyan edib ki, İran buna lazımi vaxtda və lazımi şəkildə cavab vermək hüququnu özündə saxlayır.

Əraqçi vurğulayıb ki, İran son 12 ayda savaşın yayılmasının və Amerikanın münaqişəyə qarışmasının qarşısını almaq üçün ağıllı hərəkət edib.

O, hərbi çəkindirmə və diplomatiyanın vacibliyinə diqqət çəkib və onları bir-birini tamamlayan hesab edib. Əraqçı aydınlaşdırıb ki, gücsüz diplomatiya effektli ola bilməz, iqtidar isə diplomatiyasız öz yolunu tapa bilməz. O hesab edir ki, hərbi hazırlıq və güc nümayişi müharibənin qarşısının alınmasında əsas amildir, çünki hər hansı zəiflik əlaməti düşmənləri hücuma sövq edə bilər.

Əraqçi siyasi çəkindirmənin gücləndirilməsi üçün xarici siyasətin əlaqələndirilməsindən də danışıb və təhdid və təcavüzlərə qarşı mübarizə aparmaq üçün regionda və dünyada fəal diplomatiya şəbəkəsinin yaradılmasının zəruriliyini vurğulayıb. Sonda o, İslam Respublikasının diplomatik mövqelərində möhkəmliyin qorunub saxlanmasının vacibliyini vurğulayıb və bunu növbəti təcavüzün qarşısını almaq üçün amil hesab edib.

Bu arada ABŞ İranın İsrailə qarşı hər hansı hücumu ilə bağlı İslam Respublikasına xəbərdarlıq edib və İran hakimiyyətinə göndərdiyi mesajda bu hücumun həyata keçiriləcəyi təqdirdə İsrailə daha nəzarət edə bilməyəcəyini vurğulayıb. Amerika ayrıca İrana qarşı qabaqlayıcı tədbirlər çərçivəsində bir sıra B52 Stratofortress bombardmançılarını Orta Doğuya göndərib.

Şərhlər

Xəbərlər

İslam Respublikasının Kanadanın keçmiş ədliyyə nazirinə sui-qəsd planının aşkarlanması

Noyabr 19, 2024
1 dəqiqədə oxunur
İslam Respublikasının Kanadanın keçmiş ədliyyə nazirinə sui-qəsd planının aşkarlanması