close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Dini Azlıqlar

Səkkiz bəhai qadın 32 ildən çox həbs cəzasına məhkum edilib

Oktyabr 27, 2023
1 dəqiqədə oxunur
Səkkiz bəhai qadın 32 ildən çox həbs cəzasına məhkum edilib

İranda Bəhai vətəndaşlara qarşı təzyiq və repressiyaların artmasının ardınca Məşhəd İnqilab Məhkəməsi səkkiz bəhai qadını ümumilikdə 32 il 4 ay müddətinə azadlıqdan məhrum edib.

Bildirilib ki, Məşhəd İnqilab Məhkəməsinin birinci şöbəsinin rəisi hakim Hadi Mənsuri ötən həftələrdə keçirilən bir neçə məhkəmə iclasında səkkiz bəhai vətəndaşı həbsə məhkum edib.

Hökmə əsasən, “Röya Mələkuti” ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qruplaşma yaratmaq və idarə etmək və rejim əleyhinə təbliğat aparmaq ittihamı ilə 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin “Soheyla Əhmədi”, “Röya Qane”, “Qolnuş Nasiri”, “Nuşin Misbah”, “Nəsim Sabeti”, “Azita Furuği” və “Fəridə Muradi”nin hər biri 3 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Bu yeddi bəhai vətəndaşın hər biri “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qruplara üzv olmaq” ittihamı ilə üç il, “rejim əleyhinə təbliğat” ittihamı ilə isə səkkiz ay həbs cəzasına məhkum edilib. Apellyasiya şikayətində hökm təsdiqlənərsə, hər bir təqsirləndirilən şəxs üçün üç il həbs cəzası nəzərdə tutulacaq.

Qeyd edək ki, Röya Mələkuti avqust ayından Məşhəddəki Vəkil Abad həbsxanasında saxlanılır.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Siyasət

Qalibaf "Qadın, Həyat, Azadlıq" etirazçılarını quldurlar adlandırıb

Oktyabr 27, 2023
1 dəqiqədə oxunur
Qalibaf "Qadın, Həyat, Azadlıq" etirazçılarını quldurlar adlandırıb