Kəşfiyyat Nazirliyinin agentləri Şiraz şəhərində dörd Bəhai vətəndaşı həbs edərək naməlum yerə aparıblar.
“İranwire”in əldə etdiyi bilgilərə görə, 10 noyabr 2024-cü il bazar günü kəşfiyyat idarəsinin agentləri Şirazda bir sıra bəhai vətəndaşların evlərində axtarış apardıqdan sonra “Vahid Məsumi”, “Vahid Sabit”, “İlham Həqiqətcu” və “Rozita İslami” adlı dörd vətəndaşın evlərinə basqın edərək həbs ediblər.
Hələlik həbs edilən vətəndaşların ittihamları ilə bağlı məlumat yoxdur və bu şəxslərin Şiraz Kəşfiyyat İdarəsinin “Plak Sad” kimi tanınan təcridxanaya köçürüldüyü güman edilir.
Qeyd edək ki, bu vətəndaşlar Şirazda həbs olunarkən eyni vaxtda “Məhbub Həbibi” adlı bəhai vətəndaş da 44 gün saxlandıqdan sonra sərbəst buraxılıb.
Şərhlər