close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Dini Azlıqlar

Dini Etiqad Azadlığı Komissiyası: İranda Bəhailərə qarşı repressiyalar davam edir

May 8, 2024
1 dəqiqədə oxunur
Beynəlxalq Dini Etiqad Azadlığı üzrə Amerika Komissiyası 2023-cü il üzrə illik hesabatını dərc edib. Bu hesabatda keçən il İranda dini azadlıq şərtlərinin son dərəcə zəif olduğunu nəzərə alsaq, İran “xüsusi narahatlıq doğuran” ölkələrdən biri olub.

Məcburi hicaba qarşı etirazların zorakılıqla yatırılması və 2023-cü ildə ən azı səkkiz etirazçının dini ittihamlarla edam edilməsi Dini Etiqad Azadlığı Komissiyasının bəyanatında qeyd edilənlər arasındadır.

Dini Etiqad Azadlıqları Komissiyasının illik hesabatında dini təqiblərə daha bir misal 2023-cü ildə İranda Bəhai dininin ardıcıllarının sıxışdırılmasıdır.

bu hesabatda qeyd olunub ki, hökumət bəhailəri sıxışdırmaqda davam edir. Hökumət bütün İranda bəhailəri saxlır və bəzilərini uzun müddət həbs edir. Yaran İranın iki üzvü (İranın Bəhai icmasının keçmiş direktorları) Əfif Nəimi və Camalədddin Xancani saxlanılaraq yenidən həbs edilib.

Qeyd olunan hesabata görə, 2023-cü ildə İranda bəhailərin kütləvi və fərdi həbsləri olub. Həbs edilənlər naməlum yerlərə aparılaraq uzun müddətə azadlıqdan məhrum ediliblər. Noyabrda təhlükəsizlik qüvvələri Həmədan, Mehrşəhr, Yəzd, Kərəc, Əlborz və Tehran şəhərlərində çoxlu sayda bəhailəri həbs edib. Bəhailərin şəxsi evlərinə basqın və axtarış zamanı agentlər onları döyüb və zorakılıq ediblər.

Hesabatda bildirilir ki, İran hökuməti oktyabr ayında İsfahanda həbs edilən 10 nəfər də daxil olmaqla, xüsusilə bəhai qadınları hədəf alıb.

İran Bəhai məhbuslarının üçdə ikisi qadınlardır, o cümlədən İran Bəhai İcmasının (Yaran İran) keçmiş liderləri Məhvəş Sabit və Fəriba Kəmalabadi, 2010 ilində hər ikisi də on il həbs cəzasını çəkdikdən sonra oxşar cəza il yenə həbsdədirlər.

Bu barədə komissiyanın hesabatında deyilir ki, İran hakimiyyəti Ərak, Əlborz və Gülistandakı bəhai qəbiristanlıqlarını da hədəfə alıb. Yerli bələdiyyələr bəhailərin torpaqlarını zəbt edib müsadirə etdilər. Onlar bəhailərin ölülərini dəfn etmək icazəsini məhdudlaşdırıb və bəhailərə məxsus mülkləri sırf müsəlmanlara satmaq niyyətində olduqlarını bəyan ediblər.

Şərhlər

Xəbərlər

Tejarat News: İranda hər 10 gündə bir həkim intihar edir

May 7, 2024
1 dəqiqədə oxunur
Tejarat News: İranda hər 10 gündə bir həkim intihar edir