Dörd sünni vicdan məhbusun edam hökmü ölkənin Ali Məhkəməsində təsdiqlənib və onların işi Tehran Təhlükəsizlik Prokurorluğunun birinci şöbəsinə verilib. Bu şəxslər 2023-cü ilin fevralında İnqilab Məhkəməsində “silahlı üsyan ve toplumda qorxu yaratmaq” ittihamı ilə edama məhkum edildilər.
Harana xəbər agentliyinin yazdığına görə, Eydo Şəhbəxş, Əbdulğəni Şəhbəxş, Əbdulrəhim Qənbərzehi Gorgic və Süleyman Şəhbəxş adlı bu məhbuslar barədə oktyabrın 24-də verdiyi xəbərdə yazıb ki, Kərəcdəki Qızılhisar zindanında məhbus olan bu dörd sünni məhbusun edam hökmü Tehran Təhlükəsizlik Prokurorluğunun birinci şöbəsinə göndərilib.
İndi bu məhbusların ailələri günahsız olduqlarına israr etsələr də, edam hökmlərinin icrası an məsələsidir.
Harana-nın hesabatına görə, bu dörd vicdan məhbusu həbsdə olduqları müddətdə təhlükəsizlik qurumları tərəfindən ciddi təzyiqlərə məruz qalıblar və vəkillə əlaqənin olmaması, uzun müddətli təkadamlıq kamerada saxlanma, fiziki və ruhi işgəncələr, o cümlədən ailələrini ziyarət etmək və əlaqə saxlamaq kimi əsas hüquqlardan məhrumiyyətlərlə üzləşmişlər.
Şərhlər