close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Abbas Əraqçi: İsrail hücum edərsə biz hesablanmış cavab verəcəyik

Oktyabr 24, 2024
1 dəqiqədə oxunur
Abbas Əraqçi: İsrail hücum edərsə biz hesablanmış cavab verəcəyik
Abbas Əraqçi: İsrail hücum edərsə biz hesablanmış cavab verəcəyik

İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi İsrailin İslam Respublikasının mövqelərinə cavab hücumu ehtimalına toxunaraq deyib: "İsrail İrana hücum edərsə, biz lazımi şəkildə cavab verəcəyik və özümüzü müdafiə etmək üçün yaxşı imkanlarımız var".

Əraqçi 13 oktyabr, bazar günü də X kanalında yazmışdı ki, İranın öz xalqını və maraqlarını müdafiə etməkdə qırmızı xətti yoxdur.

İsrailin Kan şəbəkəsi bu ölkənin yüksək rütbəli rəsmisinə istinadən xəbər vermişdi ki, hansı hərbi qüvvələrin hücuma keçməsi barədə qərar siyasi düzəydə verilib və məqsədlər bəllidir, ancaq zaman məsələsi qalır.

Daha öncə İsrailin müdafiə naziri Yoav Galant da İsrailin İnqilab Keşikçilərinin raket hücumuna cavabı barədə deyib: İrana hücumumuz ölümcül, dəqiq və heyrətləndirici olacaq və onlar nə baş verdiyini bilməyəcəklər.

1 oktyabr 2024-də axşam saatlarında İnqilab Keşikçiləri İsraili birbaşa raket hücumu ilə hədəfə aldı.

İnqilab Keşikçiləri bəyanat yayaraq, bu hücumu İsmayıl Haniyə, Həsən Nəsrullah və Abbas Nilforoşanın öldürülməsinin qisasını almaq üçün həyata keçirdiklərini açıqlayıb.

Şərhlər

Xəbərlər

Pezeşkian BRİCS sammitində: Amerika dollardan silah kimi istifadə edir

Oktyabr 24, 2024
IranWire
1 dəqiqədə oxunur
Pezeşkian BRİCS sammitində: Amerika dollardan silah kimi istifadə edir