İran prezidenti Məsud Pezeşkian BRİCS-in illik sammitində çıxışı zamanı ABŞ-ı dollardan silah kimi istifadə etməkdə ittiham edib və bəyan edib ki, İran siyasətdən uzaq, BRICS-in məqsədlərinə çatmaq üçün əlindən gələni edəcək.
BRİCS qrupunun 16-cı sammiti dünən, 23 oktyabr 2024-cü il çərşənbə günü Tatarıstanın mərkəzi Kazanda üzv ölkələrin liderlərinin görüşü ilə başlayıb.
İran prezidenti bu sammitdəki çıxışının bəzi hissələrində elan edib: “İran BRİCS-in siyasətdən uzaq, dünyanın iqtisadi idarəetmə sistemində islahatların aparılması vəzifəsini uğurla yerinə yetirməsinə çalışır”.
Bu çıxışı davam etdirən Pezeşkian Amerikanı dollardan silah kimi istifadə etməkdə ittiham edərək deyib: “Dünya BRİCS-i dolların gücünü azaltmaq və milli valyutalarla mübadilələri artırmaq məqsədi ilə tanıyır. Bu tədbirlər rəqəmsal valyutaların işə salınması və istifadəsi və messencer kimi yeni maliyyə mexanizmlərinin və texnologiyalarının istifadəsinə zəmin yaratmaqla yanaşı, BRİCS-in əsas məqsədlərinə uyğundur.
Bununla bağlı İran prezidenti bu təşkilatın üzvlərindən ticarət üçün üzv ölkələrin milli valyutalarından istifadə etməyi tələb edib.
O, çıxışının başqa bir hissəsində İranı yerləşdiyi yerə görə əlaqə dəhlizlərindən istifadə etmək üçün yaxşı ev sahibi hesab edib və deyib: “İran İslam Respublikası öz strateji mövqeyi ilə Guzey-Güney və Doğu-Batı dəhlizləri də daxil olmaqla bir sıra beynəlxalq nəqliyyat dəhlizlərinin keçidi üçün bir yerdir və biz enerji nəqli üçün yeni tranzit əlaqələri şəbəkəsini konstruktiv əməkdaşlığın inkişafı yolu ilə BRİCS adı altında edə bilərik”.
BRİCS inkişaf etməkdə olan iqtisadi güclərin rəhbərlik etdiyi bir qrup ölkələrin adıdır və adı həmin ölkələrin, yəni Braziliya, Rusiya, Hindistan, Çin və Güney Afrikanın adlarının ilk hərflərinin birləşdirilməsi ilə ortaya çıxmışdır. Daha öncə bu qrupun adı BRIC idi, lakin Güney Afrika qoşulduqdan sonra BRICS olaraq dəyişdirildi.
Şərhlər