close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Etirazçıları yatırtmaq istəməyən Kirmanşahlı polis intihar edib

Oktyabr 23, 2024
IranWire
1 dəqiqədə oxunur
Etirazçıları yatırtmaq istəməyən Kirmanşahlı polis intiharı edib
Etirazçıları yatırtmaq istəməyən Kirmanşahlı polis intiharı edib
Etirazçıları yatırmaq əmrinə tabe olmayan və “Qadln, Həyat, Azadlıq” hərəkatı zamanı istefa verən Kirmanşah Əyaləti Polis Qüvvələrinin Kəşfiyyat Təşkilatının məmuru rəsmilərin təzyiqi nəticəsində intihar edərək həyatını itirib.

“İranwire”in məlumatına görə, “Məhəmməd Cavad Səyyadi” 24 yaşlı gənc və Kirmanşah əyalətindəki Polis Qüvvələrinin Kəşfiyyat Təşkilatının zabiti olub, o 20 oktyabr 2024-cü il bazar günü axşam Tehranda intihar edib. 

Bu şəxsə yaxın mənbələrin bildirdiyinə görə, o, ötən həftə istefa ərizəsi yazmaq üçün Tehrandakı polis qüvvələrinin mərkəzi qərargahına getsə də, xahişi qəbul edilməyib.

Cənab Səyyadinin yaxınları İranwire-ə bildiriblər ki, "Qadın, Həyat, Azadlıq" hərəkatının etirazları zamanı o, "nümayişçilərin yatırılmasında öz yüksək komandirlərinin fiziki iştirak əmrini təşkilati vəzifələrindən kənarda" olduğunu bildirib və bu əmri yerinə yetirməyib.

Bu mənbələrin bildirdiyinə görə, bundan sonra cənab Səyyadi bir neçə dəfə yazılı və rəsmi şəkildə istefa verib və hətta xahişinə qarşı çıxacağı təqdirdə intihar edəcəyini bəyan edib.

Bu şəxsin Kirmanşah Polis Qüvvələrinin Kəşfiyyat Mühafizəsi Bölməsindəki həmkarlarından ikisi də onun istefa ərizəsinin “məxfi məlumatlara çıxış” adlandırdıqları səbəbə görə yuxarı komandirləri tərəfindən bir neçə dəfə rədd edildiyini açıqlayıb.

Bu şəxslərin dediyinə görə, cənab Səyyadi son iki ildə “polis qüvvələrinin Kəşfiyyat Mühafizəsi Təşkilatının xidmət bölməsi” tərəfindən təzyiqlərə məruz qalıb, ona görə də dəfələrlə həbs edilib və dindirilib.

Məhəmməd Cavad Səyyadinin 6 illik polis idi, onun dörd ilini polis universitetində, iki ilini isə zabit kimi keçirib.

Şərhlər

Xəbərlər

Kərəcdə saxta içki paylayan 4 məhkumun edam hökmü icra edilib

Oktyabr 23, 2024
1 dəqiqədə oxunur
Kərəcdə saxta içki paylayan 4 məhkumun edam hökmü icra edilib