İsfahan İnqilab Məhkəməsinin 1-ci şöbəsi 10 bəhai qadını "Bəhai inancının təbliği yolu ilə İslam qanunlarına zidd olan azğın təbliğat və maarifləndirmə fəaliyyətinə" görə ümumilikdə 90 il həbs və cərimə cəzasına məhkum edib.
“İranwire”in məlumatına görə, hakim “Təvəkolinin sədrliyi ilə keçirilən bu məhkəmədə hökmə əsasən, “Nagin Xademi”, “Yeganə Ruhbəxş” və “Yeganə Agahi”nin hər biri 10 il həbsə və yüz milyon tümən pul cəzasına məhkum edilib. Kəsilən həbs cəzaları və pul cəzalarının üçde biri təxirə salınıb.
Ayrıca, "Arzu Sobhanian", "Şana Şoqifər", "Mozjqan Şahrizayi", "Neda Bədbəxş" və "Pərəstu Həkim"in hər biri 10 il həbs və yüz milyon tümən cərimə ilə cəzalandırılıb. Bu vətəndaşların həbs cəzaları və pul cəzalarının yarısı təxirə salınıb.
“Neda İmadi” və “Bəharə Lütfi”nin hər biri 5 il həbs və əlli milyon tümən pul cəzasına məhkum ediliblər. Bu vətəndaşların isə həbs cəzaları 4 ili və pul cəzalarının yarısı təxirə salınıb.
10 bəhai vətəndaşın hamısının ölkədən çıxışına iki il, kiberməkandan istifadəyə isə iki il qadağa qoyulub.
İranlı və əfqanlı uşaqlar, körpələr və yeniyetmələr üçün ingilis dili dərsləri, rəsm, musiqi, yoqa və təbiət turizmi düşərgələrinin keçirilməsi bu 10 qadının ittihamlarının nümunələrindəndir.
Ayrıca bu şəxslərin mobil telefonları, noutbukları, rəqəmsal əşyaları, kitabları, dini rəsm və fotoşəkilləri, zinət əşyaları, bəzi Avstraliya və Amerika dollarları da daxil olmaqla, müsəlman xəzinəsinin xeyrinə müsadirə edilib.
2023-cü ilin noyabrında İslam Respublikası kəşfiyyat Nazirliyinin agentləri İsfahan şəhərində bu 10 bəhai qadını həbs etdilər.
2024-cü ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsi bir hesabatda İranda etnik və dini azlıqların hüquqlarının kobud şəkildə pozulmasına işarə edərək, etnik və dini azlıqlarla bağlı məhkəmə və cinayət işlərinin çoxluğundan narahatlığını ifadə edib.
Şərhlər