close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İnqilab Keşikçilərinin Xatəmül-Ənbiya bazasının müavini: İsrail ən qabaqcıl təyyarələrə və bombalara malikdir

Noyabr 11, 2024
1 dəqiqədə oxunur
İnqilab Keşikçilərinin Xatəmül-Ənbiya bazasının müavini: İsrail ən qabaqcıl təyyarələrə və bombalara malikdir
İnqilab Keşikçilərinin Xatəmül-Ənbiya bazasının müavini: İsrail ən qabaqcıl təyyarələrə və bombalara malikdir

İnqilab Keşikçilərinin Xatəmül-Ənbiya bazasının müavini və Suriyadakı İslam Respublikası qüvvələrinin keçmiş komandanı Məhəmməd Cəfər Əsədi deyib: “Biz Hizbullaha sursat veririk və kimin nə deyə biləcəyindən də narahat deyilik”.

Hizbullah da İranla bağlı olduğunu söyləməkdən çəkinmir, bizim də Hizbullah ilə əlaqəmizin olduğunu söyləməkdən çəkinmirik. Biz onlara təlim veririk və bu müzakirələrdən narahat deyilik.

O, İsrailin İrandakı hərbi hədəflərə son hücumuna toxunaraq əlavə edib: "Onlar bizim bir sıra zəif tərəflərimiz olduğunu bilir və biz də onların bir sıra zəif tərəflərinin olduğunu bilirik."

Əsədi ayrıca İsrailin hərbi imkanlarını etiraf edib və deyib: “İsrailin ən qabaqcıl təyyarələri, ən qabaqcıl bombaları var... Heç bir səhv edə bilməyəcək kimi deyil, bəli biz deyirik ki, səhv edə bilməz, amma həqiqətən hücum edərsə, bizə zərər verəcək. Amma cavab olaraq biz onlara çox ziyan vura bilərik”.

Daha öncə, “Wall Street Journal” İran rəsmilərinə istinadən xəbər yazmışdı ki, İslam Respublikasının İraq ərazisindən İsrailə qarşı daha güclü silahlardan istifadə ediləcəyi növbəti hücumu planlaşdırır.

Bundan öncə İslam Respublikasının rəhbəri “Əli Xamenei” İsrail və onun düşmənlərinə möhkəm cavab verəcəyini demişdi va İran İslam Respublikası İnqilabı Keşikçiləri Korpusunun baş komandanının müavini “Əli Fədəvi” də açıqlama verərək İranın İsrailə cavabının qəti olduğunu söyləmişdi.

 

 

Şərhlər

Xəbərlər

Brayan Huk: Tramp İrandakı rejimi dəyişmək niyyətində deyil

Noyabr 8, 2024
IranWire
1 dəqiqədə oxunur
Brayan Huk: Tramp İrandakı rejimi dəyişmək niyyətində deyil