close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Brayan Huk: Tramp İrandakı rejimi dəyişmək niyyətində deyil

Noyabr 8, 2024
IranWire
1 dəqiqədə oxunur
Brayan Huk Tramp İrandakı rejimi dəyişmək niyyətində deyil
Brayan Huk Tramp İrandakı rejimi dəyişmək niyyətində deyil

Tramp administrasiyasında ABŞ-ın İran məsələləri üzrə keçmiş nümayəndəsi Brayan Huk CNN-ə müsahibəsində İranın Orta Doğuda qeyri-sabitlik amili kimi rolu ilə bağlı Tramp administrasiyasının baxışını vurğulayıb.

Bu söhbətdə Brayan Huk qeyd edib ki, Tramp İranı qəsdən iqtisadi cəhətdən zəiflədib ki, bu ölkənin husilər kimi bölgədə vəkil qruplara dəstək verməsini maneə olsun.

Huk əlavə edib ki, Tramp İrandakı rejimi dəyişmək niyyətində deyil və bu ölkənin gələcək taleyini İran xalqının qərarlarından asılı hesab edir. Bu müsahibədə həmçinin İranın bölgə fəaliyyətlərini geniş neft və maliyyə sanksiyaları ilə məhdudlaşdırmağa çalışan və bölgədə təsirini azaltmaq üçün Tehranı iqtisadi təzyiqə məruz qoymağa çalışan Tramp administrasiyasının “maksimum təzyiq” siyasətinə də işarə edilir.

Nəşr edilən xəbərlər göstərir ki, Trampın prezidentliyinin birinci dövründə ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Brayan Huk ABŞ Dövlət Departamentində Trampın keçid komandasına rəhbərlik edəcək.

Brayan Huk İslam Respublikasına qarşı maksimum təzyiq siyasətinin əsas mütəfəkkirlərindən biri olub və Donald Trampın əvvəlki administrasiyasında İran hökumətinə qarşı qətiyyətli mövqe nümayiş etdirib.

Şərhlər

Məhbuslar

Məhbus vəkil Tahir Nəqəvi həbsxanada müalicədən məhrum edilib

Noyabr 8, 2024
IranWire
1 dəqiqədə oxunur
Məhbus vəkil Tahir Nəqəvi həbsxanada müalicədən məhrum edilib