Evin həbsxanasında məhbus olan, prostat vəzi xəstəliklərindən, kürək və əl nahiyələrində problemlərdən əziyyət çəkən vəkil Tahir Naqəvi tibbi xidmətdən məhrum edilir və həbsxanadan kənar tibb mərkəzlərinə göndərilmir.
İrandakı hüquq müdafiəçiləri qrupunun xəbər orqanı olan Harana xəbər agentliyinin məlumatına görə, bu vəkil müalicədən yararlanmayıb. Xəbər mənbələrinə görə, Tahir Naqəvi prostat xəstəliyindən əziyyət çəkir və lazımi müalicə almadığı üçün tez-tez sidiyə getmə və şiddətli ağrı kimi problemlərlə üzləşib. Bundan əlavə, onun onurğa sütunu zədələnib və sağ əli sürəkli olaraq uyuşur. Lakin bu problemlərə baxmayaraq, səlahiyyətlilər tərəfindən o ixtisaslaşdırılmış müalicədən məhrum edilərək xəstəxanaya göndərilmir.
Bu yaxınlarda Tahir Nəqəvi Tehran İnqilab Məhkəməsində Əbülqasım Salvatinin rəhbərlik etdiyi 15-ci şöbə tərəfindən rejim əleyhinə təbliğat ittihamı ilə bir il, toplaşmaq və əlbir olmaq ittihamı ilə isə beş il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, onun barəsində əlavə cəza olaraq 2 il ölkədən çıxışına qadağa qoyulması və 2 il sosial hüquqlarından və partiya üzvlüyündən məhrumetmə cəzası da müəyyən edilib.
Bu vəkil ötən il fevralın 6-da təhlükəsizlik qüvvələri tərəfindən tutularaq Evin həbsxanasına aparılıb. Onun ittihamları üzrə məhkəmə iclası iyulun 13-də Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsində, sonuncu iclası isə sentyabrın sonunda keçirilib.
Tahir Nəqəvi bu yaxınlarda həbsxana rəsmilərinin şikayəti ilə üzləşib və ona qarşı yeni iş açıb. Onun yeni ittihamları arasında ictimai asayişi pozmaq, həbsxana əməkdaşlarını təhqir etmək də var. Bu günlərdə Evin həbsxanasının Riza Əsədi Nadirabadi adlı məmurlarından biri cənab Nəqəvi ilə şifahi münaqişədən sonra onu döyərək Evin həbsxanasının karantinəsinə Köçürüb.
Şərhlər