İsfahan əyalətinin ədliyyəsinin ictimaiyyətlə əlaqələri bildirib ki, Tumaj Salehi cəzasını çəkdikdən sonra həbsdən azad edilib.
Mizan Xəbər Agentliyi bu xəbəri açıqlayaraq İsfahan ədliyyəsinə istinadən yazıb ki, “rejim əleyhinə təbliğat” ittihamı ilə bir il həbsə məhkum edilən Tumac Salehi cəzasını çəkdikdən sonra 2024-cü il dekabrın 1-də həbsdən azad edilib.
Noyabrın 25-i səhər saatlarında Tumac Salehinin vəkili Mustafa Nili bildirmişdi ki, məhkəmə bu etirazçı və həbsdə olan müğənninin 2022-ci il etirazları ilə bağlı cinayət işini dayandırıb.
Tumac Salehi may ayında bu ittihamla bağlı İnqilab Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilmiş, lakin Ali Məhkəmə bu hökmü ləğv etmişdi.
Həbsdə olan reper Tumac Salehi 2023-cü il noyabrın 18-də "252 gün təkadamlıq kamerada, ümumilikdə isə 1 il 21 gün həbsdən sonra" girov qarşılığında sərbəst buraxıld, lakin cəmi 12 gün sonra həbsxanada işgəncələrə məruz qaldığı, "döyülməsi" ilə bağlı video yayımlandıqdan sonra həbs olundu.
Əxlaq polisinin nəzarətində olan Məhsa Əmininin ölümü ilə başlayan 2022-ci il kütləvi etirazları zamanı o, fəal iştirak etmiş və bütün etirazçılara, məhbuslara və siyasi fəallara dəstək vermiş və bunun əsasında ona qarşı yeni iş açılmışdır.
Şərhlər