Avropa Parlamenti cümə axşamı, dekabrın oktyabrın 28-də İranda insan haqlarının geniş şəkildə pozulmasını kəskin şəkildə pisləyən qətnamə qəbul edib və İslam Respublikasından məcburi hicab da daxil olmaqla, qadınlara və qızlara qarşı sistematik ayrı-seçkiliyə son qoymasını və “İffət və hicab Mədəniyyətinin Təbliği haqqında” və digər gender ayrı-seçkiliyi qanunlarını ləğvini tələb edib.
Bu qətnamə lehinə 562, əleyhinə iki səs və 30 bitərəf olmaqla təsdiq edilib.
Bu qətnamədə Avropa Parlamentinin nümayəndələri Elm və Tədqiqat Universitetinin tələbəsi Ahu Dəryayi-nin “əsassız həbsini” pisləyib və onun ruhi xəstəxanaya yerləşdirilməsini işgəncə nümunəsi kimi qiymətləndiriblər.
Keçən ay Ahu Dəryayi təhlükəsizlik qüvvələrinin hücumuna etiraz olaraq paltarını soyundu və daha sonra həbs edilərək ruhi xəstəxanaya aparıldı.
İslam Şurasının sədri Məhəmməd Baqer Qalibaf çərşənbə günü, noyabrın 27-də, “İffət və Hicab” adlanan qanunla bağlı 13 dekbrda hökuməti xəbərdar edəcəyini bildirdikdən sonra Avropa Parlamentinin qətnaməsi təsdiqləndi.
Layihə mətni çərşənbə günü dərc edilən Avropa Parlamentinin qətnaməsində, digər məsələlərlə yanaşı, İranda qadın və qızların hüquqlarını geniş şəkildə pozmaq üçün İslam Respublikasının müxtəlif tədbirləri, çoxlu qadın və qızların həbsi , və "Qadın, Həyat, Azadlıq" hərəkatının etirazçılarından bəhsindən bəhs edilir.
Eyni zamanda, Avropa Parlamentinin nümayəndələri Avropa Komissiyası və Aİ-yə üzv dövlətlərdən İranın vətəndaş cəmiyyətinə dəstəyi artırmağı və İranı tərk etməli olanlar, xüsusilə qadın və qızlar üçün humanitar vizaların verilməsini asanlaşdırmağı istəyiblər.
Şərhlər