İran polisi məmurun gənc qadını döyməsi ilə bağlı yayımlanan videonun həqiqiliyini təsdiqləyib və onun fəaliyyətinin dayandırıldığını və həbs olunduğunu elan edib.
Ötən günlərdə bu videonun yayımlanması tənqid dalğası ilə müşayiət olundu.
Bu videonun çəkiliş tarixi və yeri bilinməsə də, orada məmurun gənc qadının üzünə sillə vurması və zorla maşına mindirilməsi əks olunub.
Polis İnformasiya Mərkəzi, çərşənbə axşamı, 14 mayda, bir bəyanat yayaraq, bu zabitin davranışını "əxlaqi davranışdan uzaq" adlandırdı və onun "həbs və fəaliyyətinin müvəqqəti dayandırılmasını" elan etdi.
Bu bəyanatda bildirilir ki, “Polis heç bir qeyri-ənənəvi davranışı qəbul etmir və qaydalara uyğun olaraq xətakar agentlərlə məşğul olur”.
İran polisinin son həftələrdə hicab ilə bağlı yeni planını həyata keçirdikdən sonra zorakı həbslər, döyülmələr, şokverici alətlərdən istifadə və həbs zamanı cinsi əziyyət hallarını əks etdirən çoxsaylı görüntülər və hesabatlar dərc olunub.
Şənbə günü, mayın 11-də İran hökuməti çoxlu tənqidlərə səbəb olan “Nur Layihəsi” və “hicabsızlıqla mübarizə”nin həyata keçirilməsi üçün polis məmurlarını və əxlaq polisini geri qayıtdığını elan edib.
Şərhlər