close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Qadınlar

İsfahan bələdiyyəsinin rəsmisi: Məzar daşlarına qadın şəkilləri verilən çərçivəyə uyğun olaraq qoyulacaq

May 8, 2024
1 dəqiqədə oxunur
İsfahan bələdiyyəsinin rəsmisi: Məzar daşlarına qadın şəkilləri verilən çərçivəyə uyğun olaraq qoyulacaq

İsfahan Bələdiyyəsinin Qəbiristanlıq Təşkilatının baş direktoru məzar daşlarına qadın şəkillərinin qoyulmasının məhdudlaşdırılması ilə bağlı mətbuat konfransında bildirib ki, qadın şəkilləri çərçivəyə uyğun olaraq quraşdırılır. Əli Hacıan bu çərçivələrin nə olduğunu izah etməyib.

İranda qadınların şəkillərinin məzar daşlarına qoyulması məsələsi həssas mövzuya çevrilib.

Keçən ilin fevralında Tehranın “Beheşt Zəhra” təşkilatının baş direktoru Məhəmməd Cavad Tacik İranın “Dehban” saytına verdiyi açıqlamada, qanunun çarşafsız qadın şəklinin dərcinə icazə vermədiyini bildirmişdi.

O demişdi ki, “Məzar daşında başı açıq qadın şəkli ilə bağlı problem var. Qəbir daşlarının üzərində cəmiyyətin adətindən kənar qravüra, cümlə və fotoşəkillər həkk olunub ki, bu da olmamalıdır”.

2022-ci ildə Beheşt Zəhra Təşkilatının o zamankı baş direktoru Səid Qəzənfəri 98 məzar daşının toplandığını elan etdi və bunun səbəbinin açıq şəkillərin olması olduğunu bildirdi. O bildirib ki, bu məzar daşları dəyişdirilib.

Tehran Bələdiyyəsinin bu məmuru sözünə davam etdi: “Möminlərin qəbrinin ləyaqətinə uyğun deyil ki, mömin qadınların şəklini məzar daşları üzərində örtüsüz şəkildə həkk etsinlər”.

27 iyul 2022-ci ildə Tehran Şəhər Şurasının üzvü Nasir Əmani Beheşt Zəhrada başörtüsü olmayan qadın şəkilləri ilə 98 məzar daşının toplanması xəbərini açıqlayarkən Beheşt Zəhranın mərhumun ailələri ilə müqaviləsi haqqında məlumat verdi və dedi: “Bu müqavilənin birinci bəndində vurğulanır ki, hər hansı təsvirlərin, xüsusən də hicabsız qadınların təsvirlərinin quraşdırılması qadağandır”.

2022 yanvarda Şəhrekordun Cümə imamı Əbülhəsən Fatemi məzar daşına qadın şəklinin qoyulmasının qadağan edilməsi ilə bağlı başqa bir şərhində İslamın qadına yüksək dəyər verdiyini bildirərək deyib ki, bu səbəbdən qadınların foto və şəkilləri ictimai yerdə yerləşdirilməməlidir.

O əlavə etdi: “Ona görə də qəbir daşına qadın şəklinin həkk edilməsi və ya mərhumun başının üstündə qadın şəklinin qoyulması kimi bəzi əməllər caiz deyil”.

Şərhlər

Dini Azlıqlar

Dini Etiqad Azadlığı Komissiyası: İranda Bəhailərə qarşı repressiyalar davam edir

May 8, 2024
1 dəqiqədə oxunur
Dini Etiqad Azadlığı Komissiyası: İranda Bəhailərə qarşı repressiyalar davam edir