close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

İran İnsan Haqları Kampaniyası: Siyasi məhbuslar qəsdən tibbi xidmətdən məhrum edilirlər

Avqust 22, 2024
1 dəqiqədə oxunur
İran İnsan Haqları Kampaniyası: Siyasi məhbuslar qəsdən tibbi xidmətdən məhrum edilirlər

İran İnsan Haqları Kampaniyası tərəfindən aparılan araşdırmalar göstərir ki, 30 maydan 15 avqust 2024-ə qədər İranın müxtəlif həbsxanalarında ən azı 34 siyasi məhbus “sistemli” və “qəsdən” lazımi tibbi xidmətlərdən, o cümlədən dərman əldə etməkdən məhrum edilib və ya həbsxana xaricində tibb mərkəzlərinə göndərilməkdən məhrum olublar.

İran İnsan Haqları Kampaniyası 21 avqust çərşənbə günü dərc etdiyi hesabatda bu məhdudiyyətlərin davam etdirilməsi və gücləndirilməsinin ölkənin müxtəlif həbsxanalarında çoxlu siyasi məhbusun həyatını təhlükəyə atması ilə bağlı xəbərdarlıq edib.

Bu hesabata görə, İran İslam Respublikasının məhkəmə sistemi və həbsxana təşkilatının agentləri bu təzyiqləri tətbiq etməklə daxildən çoxsaylı ölüm hökmlərinə və ədalətsiz məhkəmələrin özbaşına hökmlərinə etiraz edən siyasi məhbusların səslərini susdurmağa çalışırlar.

İran İnsan Haqları Kampaniyasının əldə etdikləri göstərir ki, məhkəmə orqanları və həbsxanalar təşkilatı siyasi məhbusların müalicə almaq hüququndan məhrum edilməsində və siyasi məhbuslarla münasibətdə, fiziki vəziyyəti, əsas və ya xroniki xəstəlikləri olanların tibbi sənədlərinə qəsdən məhəl qoymurlar.

İran İnsan Haqları Kampaniyasının qiymətləndirməsinə görə, müalicə hüququndan qəsdən məhrumetmə tamamilə siyasi məqsədlərlə həyata keçirilir və mədəni fəalları və siyasi müxaliflər arasında yradılan repressiya, hədə-qorxu və terror kampaniyasının bir hissəsidir.

Şərhlər

Cəmiyyət & Mədəniyyət

Təbriz qeydiyyat İdarəsi "Volkan" adına kimlik  verməkdən imtina edib

Avqust 21, 2024
1 dəqiqədə oxunur
Təbriz qeydiyyat İdarəsi "Volkan" adına kimlik  verməkdən imtina edib