close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Cəmiyyət & Mədəniyyət

Təbriz qeydiyyat İdarəsi "Volkan" adına kimlik  verməkdən imtina edib

Avqust 21, 2024
1 dəqiqədə oxunur
Təbriz qeydiyyat İdarəsi "Volkan" adına kimlik  verməkdən imtina edib

Təbrizli Türk uşağın valideynləri Türk ad Volkan üçün 19 aylıq mübarizəsindən sonra kimlik ala bilmədikləri üçün Türk ad Alpay adı ilə uşaqlarına kimlik vəsiqəsi ala biliblər.

Alpayın valideynləri öncə oğullarına “Volkan” adının verilməsini istəyiblər, lakin Təbrizin vətəndaşlıq qeydiyyatı şöbəsi buna rəd etdikdən sonra onlar oğullarına başqa ad seçmək məcburiyyətində qalıblar və 19 ay davam edən hüquqi mübarizədən sonra Türk ad olan “Alpay” üçün kimlik vəsiqəsi ala biliblər.

“Alpay Azərmi Rad”ın atası daha öncə seçdikləri Volkan adı üçün Təbriz şəhərinin qeydiyyatı idarəsi tərəfindən maneəyə məruz qaldıqdan sonra məhkəməyə gedib. Təbriz Ümumi və Hüquq Məhkəməsinin 23-cü şöbəsi, 2023-cü il 12 may tarixli sənəddə iddia edib ki, "Volkan əcnəbi bir addır" və İrani, dini və İslam mədəniyyətinə heç bir aidiyyəti yoxdur və bu qanuna uyğun hesab edilmir.

Azərbaycanın əksər şəhərlərində övladlarına Türkcə ad seçmək niyyətində olan valideynləri təqib etmələrinə baxmayaraq, ölkənin Qeydiyyat İdarəsi adın əcnəbi olması və ya seçilmiş adlar siyahısında olmaması kimi səbəblərlə bu uşaqlara kimlik vəsiqəsi vermir.

Daha öncə bir sıra uşaqların valideynləri, o cümlədən, "Türk Ay", "Yağış", "Atakan", "Oğuz", "Alp Arslan", "Ana", "Volkan", "Tarkan" və. .. uşaqlarına seçdikləri ad üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildirmişdilər.

Konstitusiyanın 34-cü maddəsinə və Qeydiyyat İdarəsinin mövcud qanunlarına əsasən, bu cür məhdudiyyətlər və qadağalar qarşısında valideynlərin iddia qaldırmaq hüququ ümumi ədalət məhkəmələrində qorunur.

Şərhlər

Xəbərlər

“Göte” institutuna polis hücumu: Almaniya İran səfirini çağırıb

Avqust 21, 2024
1 dəqiqədə oxunur
“Göte” institutuna polis hücumu: Almaniya İran səfirini çağırıb