close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Cəmiyyət & Mədəniyyət

6 illik sivil mübarizədən sonra azərbaycanlı uşaq Huntay kimlik ala bilib

Sentyabr 2, 2024
1 dəqiqədə oxunur
6 illik sivil mübarizədən sonra azərbaycanlı uşaq Huntay kimlik ala bilib

İranwire-in əldə etdiyi bilgilərə görə, Türk mədəni fəal Taymaz Mehrəli bəyli 6 illik sivil mübarizəsindən sonra İranın Qeydiyyatı Təşkilatını, oğluna seçdiyi Türk ad Huntay üçün kimlik verməyə məcbur edib.

Bu barədə Taymaz Mehrəli bəyli İnstaqram səhifəsində yazıb: "6 İl Milli Mədəni Mübarize Olomlu sonuc verdi, Huntay kimlik ala bildi!"

16 Noyabr 2023-də Yürüş Mehrəli Bəylinin ailəsi Huntayın 6 ildir sənədsiz qalmasına etiraz olaraq Culfa rayonu Qeydiyyat İdarəsi qarşısında aksiya keçiriblər. Aksiya iştirakçıları əllərində “Mənim adım Huntaydır” yazılmış kazğızlar tutaraq Huntaya sənəd verilməsinə təkid ediblər.

zərbaycanın əksər şəhərlərində övladlarına Türkcə ad seçmək niyyətində olan valideynləri təqib etmələrinə baxmayaraq, ölkənin Qeydiyyat İdarəsi adın əcnəbi olması və ya seçilmiş adlar siyahısında olmaması kimi səbəblərlə bu uşaqlara kimlik vəsiqəsi vermir.

Daha öncə bir sıra uşaqların valideynləri, o cümlədən, "Türk Ay", "Yağış", "Atakan", "Oğuz", "Alp Arslan", "Ana", "Volkan", "Tarkan" və. .. uşaqlarına seçdikləri ad üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildirmişdilər.

Konstitusiyanın 34-cü maddəsinə və Qeydiyyat İdarəsinin mövcud qanunlarına əsasən, bu cür məhdudiyyətlər və qadağalar qarşısında valideynlərin iddia qaldırmaq hüququ ümumi ədalət məhkəmələrində qorunur.

Şərhlər

Xəbərlər

Silahlı Qüvvələrin Baş Qərargahı: Raisiyə məxsus helikopterin qəzaya uğramasına səbəb "mürəkkəb atmosfer şəraiti" olub

Sentyabr 2, 2024
2 dəqiqədə oxunur
Silahlı Qüvvələrin Baş Qərargahı: Raisiyə məxsus helikopterin qəzaya uğramasına səbəb "mürəkkəb atmosfer şəraiti" olub