Azərbaycan mediasında yayılan xəbərə görə, vətəndaşlıq qeydiyyatı təşkilatı Ərdəbil əyalətinin Germi şəhərindən olan uşağa Manas türk adına görə kimlik sənədi vermir
Uşağın atası Höccət Dana özünün sosial media hesabında yazıb: "Bu gün Germidəki qeydiyyat idarəsinə getdim. Manas adlı oğluma kimlik vermədilər. Mən bu adı şoxdandır oğluma seçmişəm. Savaşıb Alacağım."
Xatırladaq ki, bundan öncə eyni ad üçün kimlik verilsə də, imdi Manas adına yenidən problem törədirlər.
Azərbaycanın bir çox şəhərlərində övladlarına Türkcə ad seçmək niyyətində olan valideynləri təqib etmələrinə baxmayaraq, ölkənin Qeydiyyat İdarəsi adın əcnəbi olması və ya seçilmiş adlar siyahısında olmaması kimi səbəblərlə bu uşaqlara kimlik vəsiqəsi vermir və kimlik sənədi olmadğına görə bu körpələr tibbi xidmətlərdən yararlana, peyvənd oluna bilmir.
Daha öncə bir sıra uşaqların valideynləri, o cümlədən, "Türk Ay", "Yağış", "Atakan", "Oğuz", "Alp Arslan", "Ana", "Volkan", "Tarkan" və. .. uşaqlarına seçdikləri ad üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildirmişdilər.
Konstitusiyanın 34-cü maddəsinə və Qeydiyyat İdarəsinin mövcud qanunlarına əsasən, bu cür məhdudiyyətlər və qadağalar qarşısında valideynlərin iddia qaldırmaq hüququ ümumi ədalət məhkəmələrində qorunur.
Şərhlər