close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Cəmiyyət & Mədəniyyət

27 aylıq hüquqi mübarizədən sonra “Alp Aslan” kimlik vəsiqəsi ala bilib

Yanvar 30, 2024
1 dəqiqədə oxunur
27 aylıq hüquqi mübarizədən sonra “Alp Aslan” kimlik vəsiqəsi ala bilib

Təbriz şəhərində yaşayan Türk uşaq "Alp Aslanın" ailəsi aylarla davam edən hüquqi mübarizədən sonra və məhkəmə çəkişmələri sonucunda uşaqlarına kimlik vəsiqəsi ala biliblər.

Təxminən iki il 3 aydan sonra 27 yanvarda İnzibati Məhkəmənin hökmü ilə Təbriz qeydiyyat idarəsi Alp Aslana kimlik vəsiqəsi verməyə məcbur oldu.

Daha öncə Alp Aslanın atası Mustafa Əvəzpur məlumat vermişdi ki, Doğu Azərbaycan Əyalətinin Qeydiyyat İdarəsi seçilmiş adın Türk olması səbəbindən oğluna kimlik vəsiqəsi verməkdən imtina = etdiyinə görə bu idarədən şikayət edib və Təbriz Məhkəməsinin 2-ci Şöbəsi işə baxmamaq qərarına gəlib və işi İnzibati Ədalət Məhkəməsinə göndərib.

Mustafa Əvəzpur İranın Qeydiyyatı Təşkilatının Fars olmayan adlara kimlik verməmək siyasətini tənqid edərkən, uşaqlarının kimliyinin olmamasının onların üzərlərində bir çox problem yaratdığını və övladının "vaksinasiyanın vaxtında aparılmaması və tibbi sənədlərin olmaması" kimi problemlərlə üzləşdiyini bildirmişdi.

Azərbaycanın bir çox şəhərlərində övladlarına Türkcə ad seçmək niyyətində olan valideynləri təqib etmələrinə baxmayaraq, ölkənin Qeydiyyat İdarəsi adın əcnəbi olması və ya seçilmiş adlar siyahısında olmaması kimi səbəblərlə bu uşaqlara kimlik vəsiqəsi vermir.

Daha öncə bir sıra uşaqların valideynləri, o cümlədən, "Türk Ay", "Yağış", "Atakan", "Oğuz", "Alp Arslan", "Ana", "Volkan", "Tarkan" və. .. uşaqlarına seçdikləri ad üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildirmişdilər.

Konstitusiyanın 34-cü maddəsinə və Qeydiyyat İdarəsinin mövcud qanunlarına əsasən, bu cür məhdudiyyətlər və qadağalar qarşısında valideynlərin iddia qaldırmaq hüququ ümumi ədalət məhkəmələrində qorunur.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Mossad ilə əlaqə ittihamı ilə 4 kürd məhbus edam edilib

Yanvar 29, 2024
1 dəqiqədə oxunur
Mossad ilə əlaqə ittihamı ilə 4 kürd məhbus edam edilib