close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Cəmiyyət & Mədəniyyət

Şəhriyarda öyrəncinin ölümünə səbəb olan intiharın yeni təfərrüatları

Oktyabr 4, 2023
1 dəqiqədə oxunur
Bazar ertəsi, 2 oktyabr 2023-də bir məlumatlı şəxs İranwire-ə bildirib ki, Şəhriyarın Vahidiyyə şəhərindəki “Nərces məktəbi”nin səkkizinci sinfində oxuyan Zəhra Hatəmi adlı öyrənci dırnaq boyası sürdüyü üçün üç günlük məktəbdən qovulub və sonra intihara cəhd edib.

İlkin xəbərlərdə Zəhranın atasından qorxaraq məktəbin qarşısındakı yarımçıq tikiliyə qaçdığı, daha sonra isə özünü bu binanın yuxarı mərtəbəsindən aşağı ataraq bu prosesdə dünyasını dəyişdiyi bildirilib.

Bir bilgili şəxs İranwire-ə deyib: “Zəhra Hatəmi məktəbə hicabsız piyada gedirdi. Onun məktəbə gəlib-gəlməsi anası ilə idi. Hadisə baş verən gün Zəhranın baş örtüsü olmadığı və dırnaq boyası ilə məktəb gedib və valideynləri də bunun üçün çağırılıb. Valideynləri də məktəbə gəlirlər və müdirlə danışdıqdan sonra və Zəhranın üç gün qovulmasını təsdiqlədikdən sonra öyrəncinin atası Zəhra ilə birlikdə məktəbi tərk edir, lakin anası söhbəti davam etdirmək və qızının qaytarılması üçün müdirlə danışmaq və problemi həll etmək üçün qayıdır.

Bu məlumatlı şəxsin sözlərinə görə, Zəhra Hatəmi məktəb müdirinin ona etdiyi böyük təzyiq altında və bu cəzanın nəticələrindən qorxaraq məktəbin qarşısındakı yarımçıq tikilən binaya qaçıb və təəssüf ki, özünü dördüncü mərtəbədən aşağı atıb.

İran vətəndaşlarına hüquqi məsləhətlər verən Dadban Hüquq Qrupu bu hadisəni "məktəblərdə mədəniyyət və iffətin təbliği üçün təlimatların sarsıntıları" kimi xarakterizə edib və daha sonra yazıb: “İran məktəblərində dırnaq boyasının qadağan edilməsi heç bir konkret qanuna əsaslanmır və nəticədə öyrəncilərin dırnaq boyası olduğuna görə məktəbdən qovulmasının heç bir hüquqi əsası yoxdur və uşaqların təhsilə çıxışını pozmağa nümunədir”.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Kirman və Şiraz həbsxanalarında 10 nəfər edam edilib

Oktyabr 4, 2023
1 dəqiqədə oxunur
Kirman və Şiraz həbsxanalarında 10 nəfər edam edilib