close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Kirman və Şiraz həbsxanalarında 10 nəfər edam edilib

Oktyabr 4, 2023
1 dəqiqədə oxunur
Kirman və Şiraz həbsxanalarında 10 nəfər edam edilib

İran məhkəmə sisteminin geniş yayılmış edam dalğasından sonra Kirman və Şiraz həbsxanalarında daha 10 məhbus asılıb.

Çərşənbə axşamı, 3 oktyabrda, Halvash xəbər agentliyinin verdiyi məlumata görə, beş məhbus 1 oktyabr 2023 bazar günü sübh vaxtı Kirman həbsxanasında edam edilib.

Halvash Kirmanda edam edilənlərdən ikisinin kimliyi “Əvəz Muradi” və “Ramazan Xurşid” olaraq açıqlanıb və Kirmanda edam edilən beş məhbus öncədən narkotiklə bağlı cinayətlərlə bağlı edam cəzasına məhkum edilib.

İran İnsan Haqları Təşkilatı ayrıca İslam Respublikası məhkəməsinin 1 oktyabrda Şiraz şəhərində 5 vətəndaşın edam etməsindən xəbər verib.

İran İnsan Haqları Təşkilatının hesabatına görə, bu şəxslər Şirazın mərkəzi həbsxanasında (Adil Abad) edam ediliblər və onlardan birinin adı “Həmidriza Xudabəndə Farsimdan Qaşqayi” və ittihamı “yer üzündə fitnə-fəsad və müharibə” olub.

Həmidriza Xudabəndə işinin təfərrüatları ilə bağlı məlumatlı mənbə deyib: Həmidriza Xudabəndə il yarım öncə Şirazda keçirilən silahlı əməliyyat nəticəsində həbs edilib və ondan 3 tapança və ov silahı götürülüb. O Qaşqay türklərindən idi. Xosrov Qaşqayının edamının ildönümündə onu edam etdilər, çünki son iki həftə ərzində rejim bir neçə dəfə qaşqaylarla toqquşub və silahlı əməliyyatda bir qaşqayı öldürüb və bir neçə agent də yaralanıb”.

İran İnsan Haqları Təşkilatının məlumatına görə, 2022-ci ildə ən azı 15 nəfər İslam Respublikasının məhkəmə sistemi tərəfindən müharibə və korrupsiya ittihamları ilə edam edilib.

İran dünyada ən çox edam edən ölkələrdən biridir və bu il İslam Respublikası həbsxanalarında 523 nəfər, o cümlədən 13 qadın edam edilib.

Şərhlər

Xəbərlər

Yunis Quluzadə və İbrahim Asimani həbs və şallaq yeinə cərimə cəzasına məhkum edilib

Oktyabr 3, 2023
1 dəqiqədə oxunur
Yunis Quluzadə və İbrahim Asimani həbs və şallaq yeinə cərimə cəzasına məhkum edilib