Aviasiya sənayesi ekspertlərinin fikrincə, BƏƏ, Qətər və Türkiyədə ümumilikdə 1000-dən çox təyyarə yaxşı vəziyyətdə olduğu halda, İranda etibarlı təyyarələrin sayı 7 və ya 8-dir, ölkənin qalan təyyarələri isə ciddi şəkildə köhnəlib.
Etemad qəzetinin hesabatına görə, JCPOA anlaşmasından qalan3 Airbus təyyarəsi, 13 ATR təyyarəsi və bir neçə Airbus 340 Mahan təyyarəsi istisna olmaqla, ölkənin bütün donanması təkrar emal edilməlidir.
Təyyarənin “təkrar emalı” dedikdə, alüminiumdan hazırlanan təyyarənin gövdəsinin kiçik parçalara kəsilərək əridilməsi və yeni alüminiuma çevrilməsi nəzərdə tutulur. Ayrıca başqa hissələri, o cümlədən mis məftillər, polad hissələr, plastiklər və s. mümkün qədər tekrar emala götürülməlidir.
Aviasiya mütəxəssisləri deyirlər: “Ölkədə 20-yə yaxın yolcu təyyarəsi istismar dəyərinə malikdir, onlardan 13-ü 70 nəfər tutumlu turbovintlərdir, yədək parçalarının olmaması səbəbindən yerə endirilib. 7, 8 təyyarə qalır ki, eyni vaxtda daxili və xarici uçuşlar həyata keçirməlidir və təbii ki, onlar da yədək parça qıtlığı ilə üzləşirlər”.
Şərhlər